XƏBƏRLƏR

«Mars Overseas Baku LTD» PEPSI-COLA Bottler müəssİsəsİndə FSSC 22000 standartının tətbİqİ üzrə layİhə uğurla sona çatdırılmışdır.

Tarix: 25.12.2015

«Mars Overseas Baku LTD» PEPSI-COLA Bottler müəssisəsində FSSC 22000 standartının tətbiqi üzrə layihə uğurla sona çatdırılmışdır.

24-25 dekabr, 2015-ci il tarixində «Mars Overseas Baku LTD» PEPSI-COLA Bottler müəssisəsində FSSC 22000 standartının tələblərinə uyğun olaraq yeyinti məhsullarının təhlükəsizliyi menecment sisteminin sertifikatlaşma prosesi uğurla sona çatdırılmışdır.

Konsaltinq layihəsinin reallaşdırılmasına 2014-cü ilin may ayından başlanılmışdır. Həyata keçirilmiş işlərin nəticələrinə əsasən «Mars Overseas Baku LTD» PEPSI-COLA Bottler müəssisəsinin "Alkoqolsuz qazlı içkilərin istehsalı və satışı" fəaliyyət sahəsi üzrə YMTMS-in FSSC 22000 standartının tələblərinə uyğunluğu təsdiqlənmişdir.

Sertifikatlaşma auditi SGS sertifikatlaşma orqanı tərəfindən keçirilmişdir.