HAQQIMIZDA

Zygon Caspian Consulting Zygon Consulting şirkəti (ZC, London, Böyük Britaniya), Zygon Group, ilk şirkəti fəaliyyətinə Böyük Britaniya müəssisələrində menecment sisteminin tətbiqi ilə başlamışdır.1980-ci ildə təsis edilmiş ZC hal-hazırda sənaye, maliyyə, xidmətlər, elm, təhsil sahələrində məsləhət xidmətlərinin göstərilməsi üzrə aparıcı yeri tutur.

1998-ci ildə Latviyanın paytaxtı Riqada Zygon Baltic Consulting (ZBC) şirkəti yaradıldı. 2004-cü ilin may ayında Azərbaycanda Zygon Caspian Consulting təsis edildi.

Böyük Britaniya, Latviya və Azərbaycan məsləhətçilərinin geniş təcrübəsinə əsaslanan ZCC böyük uğurla konsaltinq xidmətlərini göstərir, beynəlxalq idarəetmə standartları, strateji menecment və interaktiv biznes, layihələrin idarəsi və informasiya təhlükəsizliyi sistemlərinin yaradılması, qida məhsullarının təhlükəsizliyi, sağlamlığın qorunması və əməyin təhlükəsizliyi, insan resurslarının idarə olunması üzrə treninqlər keçirir.

Zygon Caspian Consultingin fəaliyyəti:

Biz biznes-proseslərin təkmilləşdirilməsi üzrə fərdi təlim üçün proqram, həmçinin şirkətlərin sifarişi ilə xüsusi korporativ treninq-proqramlar da təşkil edirik.

Əgər sizi ümumi idarə sisteminin tətbiqindən daha geniş nəsə maraqlandırırsa, nəzərinizə çatdırırıq ki, strateji proqramların, bençmarkinqin (işgüzar təkmilləşmə) və EFQM üstünlük biznes modelinin inkişafında bizim böyük təcrübəmiz var.

Qeyd etmək istərdik ki, şirkətin komandasına iqtisadiyyatın müxtəlif sahələrində geniş təcrübəyə malik, MDB, Avropa və Yaponiyanın menecment üzrə qabaqcıl treninq mərkəzlərində təlim keçmiş ixtisaslı məsləhətçilər daxildir.

Hər şirkətin arzusunu və xüsusiyyətini nəzərə alaraq, biz beynəlxalq idarəetmə standartlarının tətbiqi üzrə müvafiq sistemi tərtib edirik.

Biz sifarişçi şirkətin idarə sisteminin təkmilləşdirilməsinə çalışaraq, onun beynəlxalq səviyyəyə çıxışına çalışırıq. Biz həqiqətən səmərəli fəaliyyətli menecment sistemini tətbiq edirik və sifarişçinin məhsulunun keyfiyyətinin artırılmasına və iqtisadi göstəricilərin yüksəlməsinə imkan yaradırıq.

Məramlarımız:

Məramlarımız

Məqsədimiz keyfiyyətli və səmərəli konsaltinq xidmətləri təklif etməklə Azərbaycanda keyfiyyət menecmenti sistemi üzrə kosaltinq xidmətlərini göstərən və treninqlər keçirən qabaqçıl şirkətə çevrilməkdir.

Biz özəl və dövlət sektoru daxil olmaqla, istənilən sənaye, maliyyə, elm, təhsil, xidmətlər sahəsində əməkdaşlıq etməyə hazırıq.

Fəlsəfəmiz – davamlı öyrənmə və inkişafdır.

Bu isə təcrübənin, idarə sistemlərinin və nailiyyətlərimizin əməli qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə həyata keçir.

Uğurlarımız:

Uğurlarımız

Şirkətin təcrübəsi və yerli xüsusiyyətlərə bələdolma konsaltinq xidmətləri bazarında bizi daha da önəmli edir. Azərbaycan, Gürcüstan və Qazaxstanın 120-dən çox aparıcı şirkəti ISO 9001:2000/2008, ISO 1400162004, OHSAS 18001:2007, HACCP və ISO 22000:2005, ISO 20000 beynəlxalq standartlarının tətbiqini bizə həvalə etmiş və onlar Moody İnertek, SGS, Bureau Veritas, DNV və DQS, TUV tərəfindən sertifikatlaşdırılmışdır.

Biz 12 müxtəlif tenderlərin qalibiyik.

ZCC Layihələrin İdarə edilməsi Beynəlxalq Assosiasiyasının təsis etdiyi “İntellekt” nominasiyasını qazanmışdır.

Zygon Caspian ConsultingISO seriyasının Beynəlxalq standartlarını Azərbaycan Respublikasında tətbiqi üzrə Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent Hüququ Komitəsinin akkreditasiyasını almış ilk şirkətdir.

ZCC Azərbaycan Respublikasının Ticarət-Sənaye palatasının, British Business Group (BBG), Layihələrin idarə edilməsi Beynəlxalq Assosiasiyasının (İPMA), Avropa Keyfiyyət Təşkilatı (EOQ – European Organization for Quality) və Almaniya-Azərbaycan İqtisadi Kömək İttifaqının (DAWF) həqiqi üzvüdür.

Biz əməkdaşlığa hazırıq və Sizə kömək etməyə şadıq.