ISO STANDARTLAR

Sağlamlığın qorunması və əməyİn təhlükəsİzlİyİnİn təmİn edİlməsİ menecment sİstemİ ISO 45001

ISO 45001 - Sağlamlığın qorunması və əməyin  təhlükəsizliyinin təmin edilməsi menecment sistemi

Sağlamlığın qorunması və əməyin təhlükəsizliyi menecment sistemi ISO 45001 standartına müvafiq olaraq bütün növ və ölçüdə olan təşkilatlar üçün peşə risklərinin və bədbəxt hadisələrin azalmasına istiqamətlənmiş əməyin mühafizəsinin idarə olunmasının ən yayılmış effektiv sistemlərindən biridir.

Əməyin təhlükəsizliyi və peşə sağlamlığı menecment sistemi ISO 45001 standartına müvafiq olaraq müəssisədə insidentlərin yaranma risklərinin, bədbəxt hadisələrin, qəzaların və qəza hallarının minimallaşması, həmçinin təhlükəsiz əmək şəraitinin dəstəklənməsinə xərclərin, kompensasiya və müavinətlərin, cərimələrin ödənilməsinə, əməyin mühafizəsi sahəsində nəzarət orqanlarının göstərişlərinin icrasına xərclərin azaldılması məqsədi ilə hazırlanır və tətbiq edilir.

ISO 45001 SİSTEMİNİN TƏTBİQİ NƏTİCƏSİNDƏ MÜƏSSİSƏNİN ƏLDƏ ETDİYİ ÜSTÜNLÜKLƏR:

  • Əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qeydinə qalan müəssisənin mövqeyinin yaxşılaşması;
  • Əmək məhsuldarlığının yüksəlməsinə səbəb olan iş şəraitinin yaxşılaşdırılması hesabına işçi heyətin motivasiyası;
  • Əməkdaşların müvəqqəti əmək qabiliyyətinin itirilməsi və müxtəlif nasazlıqların risk və xərclərinin azalması;
  • İdarəetmə proseslərinin idarəedilmə səviyyəsinin və şəffaflığının yüksəlməsi;
  • Qəza və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması xərclərinin azalması;
  • Sağlamlığa dəymiş zərərə görə kompensasiya və cərimə ödənişlərindən maliyyə itkilərinin və risklərin minimallaşdırılması;
  • Zədələnmələrin və işçi heyətin bədbəxt hadisələrinin azalması;
  • Təhlükəli istehsalat amilləri ilə mübarizədə mütəmadi olaraq profilaktiki işlərin aparılması;
  • Səhhətdə yaranan narahatlıqlarla əlaqədar "itirilmiş" günlərin azalması;
  • Hüquqi və normativ tələblərin yerinə yetirilməsi. Əməyin mühafizəsi sahəsində uyğun olan qanunvericiliyin ciddi təminatı.