ISO STANDARTLAR

Tədbİrlərİn sabİtlİyİ menecment sİstemİ ISO 20121

ISO 20121 - Tədbirlərin sabitliyi menecment sistemi

ISO 20121 beynəlxalq standartının tələblərinə əsaslanan tədbirlərin sabitliyi menecment sistemi iş tədbirlərinin yaranması üçün əsas prinsiplərin təkmilləşdirilməsi, event-menecment alətlərinin, praktiki bacarıqların yaxşılaşması, tədbirlərin layihələndirilməsi, hadisələrin idarə edilməsinin bütün tsikli boyunca davamlılığın artması üçün ən effektiv sistemdir.

ISO 20121 bütün növ tədbirlərin - idman, mədəniyyət, iş, siyasi təşkilatçıları üçün nəzərdə tutulmuşdur. Standart bu tədbirlərin nəticələrini müəyyənləşdirməyə, eləcə də tədbirlərin planlaşdırılması və təkmilləşdirilməsi yolu ilə müsbət nəticələr əldə etməyə yönəlmişdir.

ISO 20121 TƏTBİQİ NƏTİCƏSİNDƏ MÜƏSSİSƏNİN ƏLDƏ ETDİYİ ÜSTÜNLÜKLƏR:

  • Biznes-proseslərin optimallaşdırması əsasında səlahiyyətlərin və cavabdehliklərin bərabər bölünməsi hesabına idarə edilmənin effektivliyinin artması;
  • Risklərin azaldılması və onların xoşagəlməz nəticələrinin aradan qaldırılması üzrə idarəetmə proqramlarının hazırlanması;
  • Sənədlərlə və maliyyə resursları ilə işlərin yaxşılaşması;
  • 2 qrup arasında qarşılıqlı anlayışın və qarşılıqlı əlaqənin yaxşılaşması;
  • Effektiv və şəffav tədbirlər sisteminin yaradılması;
  • Tədbirin keçirilməsində maraqlı tərəf ilə təşkilatçılar arasında qarşılıqlı əlaqənin yaxşılaşması;
  • Tədbir haqqında müsbət mövqeyin yaranması.