ISO STANDARTLAR

ISO 37001 RÜŞVƏTXORLUQ ƏLEYHİNƏ İDARƏETMƏ SİSTEMİ

ISO 37001 - Rüşvətxorluq əleyhinə idarəetmə sistemi

Hal-hazırda ISO 37001 “Rüşvətxorluq Əleyhinə İdarəetmə Sistemi” təşkilat üçün korrupsiya ilə mübarizədə ən effektiv alətdir.

ISO 37001, beynəlxalq səviyyədə tanınmış rüşvətxorluq əleyhinə ən yaxşı təcrübələri özündə birləşdirir. Bu standart, effektiv və çevik komplaens (uyğunlaşdırılmış) menecment sisteminin yaradılmasına, işlənməsinə, tətbiq edilməsinə, qiymətləndirilməsinə, dəstəklənməsinə və təkmilləşdirilməsinə təşkilat çərçivəsində rəhbərliyi təmin edir və rüşvətxorluğa qarşı kompleans sisteminin yerləşdiyi ölkədən asılı olmayaraq, istənilən təşkilatda tətbiq edilməsinə universal rəhbərlik funksiyasını, təşkilatın mülkiyyət formasından və fəaliyyətinin spesifikliyindən asılı olmayaraq, həyata keçirir.

BS ISO 37001 TƏTBİQİ ZAMANI ŞİRKƏTİN ALDIĞI GÖZLƏNİLƏN ÜSTÜNLÜKLƏRİ:

  • Təşkilatın fəaliyyəti ilə əlaqəli rüşvətxorluq riskinin müəyyən edilməsi və idarə edilməsi. Rüşvətxorluqla bağlı korporativ risklərin və itkilərin azalması;
  • Beynəlxalq antikorrupsiya normalarına riayət edilməsi, qabaqcıl təcrübələrin və hüquqi tələblərinin tətbiq edilməsi;
  • Maliyyə itkilərlə bağlı risklərin azalması.
    Hökümətə, işçi heyətinə, ictimaiyyətə, tənzimləmə orqanlarına və digər maraqlı tərəflərə təşkilatın rüşvətxorluğun qarşısını almaq üçün müsbət addımlar atdığına dair təminat vermək;
  • Xarici tərəfdaşlarla (maraqlı tərəflərlə) iş zamanı etimadın möhkəmlənməsi, Maraqların toqquşmasının qarşısının alınması;
  • Rüşvətxorluq risklərinin idarə edilməsi üçün səmərəli sisteminin mövcudluğuna dair maraqlı tərəflərdə əminliyinin təmin edilməsi;
  • Rüşvətxorluq risklərinin azaldılması üçün maliyə nəzarətinin həyata keçirilməsi;
  • Satınalma əməliyyatlarına nəzarət, kommersiya və digər qeyri maliyyə idarəetmə vasitələrinin tətbiqi;
  • Hesabat prosedurlarının konfidensiallığının təmin edilməsi.