ISO STANDARTLAR

Neft və Qaz sənayesİ üçün keyfİyyət menecment sİstemİ ISO 29001

ISO 29001 - Neft və Qaz sənayesi üçün keyfiyyət menecment sistemi

ISO 29001 beynəlxalq standartının tələblərinə əsaslanan keyfiyyət menecment sistemi neft-qaz və kimya sahəsi üzrə çalışan müəssisələrin fəaliyyətinin keyfiyyətini idarə etmək üçün ən effektiv sistemdir. Bu sistem çatdırılma zəncirində yarana biləcək itki və uyğunsuzluqların yaranmasına diqqətin yönəlməsini və daimi yaxşılaşmanı təmin edir.

ISO 29001 standartına uyğun olaraq keyfiyyət menecment sisteminin olması müəssisələrə öz məhsullarını neft, kimya və neft-qaz sahəsində dünya bazarına çıxarmağa imkan verir, əsasən də məhsul API monoqramması ilə identifikasiya olunduqda.

ISO 29001 sertifikatını aşağıda göstərilən fəaliyyət sahələrini həyata keçirən müəssisələr alır:

  • Kəşfiyyat, neftin, mineral, təbii və digər mənşəli qazıntıların çıxarılması;
  • Neftin, mineral, təbii və digər mənşəli qazıntıların daşınması;
  • Məhsulun istehsalı, təkrar emalı;
  • Neft-qaz hasilatı, eləcə də onlardan alınan xammal və digər məhsul istehsalı ;
  • Neft-qaz sənayesi üçün avadanlıq və material istehsalçıları;
  • Neft-qaz sənayesində təchizat xidmətləri göstərənlər .

ISO 29001 MENECMENT SİSTEMİNİN TƏTBİQİ NƏTİCƏSİNDƏ MÜƏSSİSƏNİN ƏLDƏ ETDİYİ ÜSTÜNLÜKLƏR:

  • Neft-qaz və kimya sahəsində məhsulun çatdırılması və xidmət şərtlərinin keyfiyyətli yerinə yetirilməsi;
  • Neft-qaz sənayesi bazarında istehsal olunan məhsulun keyfiyyətinə təminat;
  • Zay məhsulun miqdarının minimuma çatdırılması, məhsulun keyfiyyətinin optimal səviyyəyə gətirilməsi;
  • Müəssisənin rəqabət qabiliyyətinin həm daxili, həm də beynəlxalq bazarlarda artması;
  • Neft, neft-kimya və qaz sənayesi üzrə iri həcmli layihələrin həyata keçirilməsi zamanı risklərin sığortalanması;
  • Müəssisənin dəyişən vəziyyətlərə daha asan adaptasiya olunmasını təmin edir, idarəetmə proseslərinin effektivliyinin yüksəlməsinə səbəb olur;
  • Keyfiyyətsiz məhsulun qaytarılması, təzminat və s. kimi hallar üçün xərclərin azalması;
  • Neft-qaz avadanlıqları BP,Exxon kimi əsas istifadəçilərinin tələblərinin qeydiyyatı.