ISO STANDARTLAR

İnteqrasİya olunmuş menecment sİstemlərİ

İnteqrasiya olunmuş menecment sistemləri

İnteqrasiya olunmuş menecment sistemləri – menecment sistemlərinin (ISO 9001, ISO 14001, OHSAS 18001) məcmusudur.

Qanunverici və bazar tələblərinə müvafiq olmaq üçün, hazırda şirkətlər inteqrasiya olunmuş menecment sistemləri (İMS) adını almış ISO 9001:2008, ISO 14001:2004, OHSAS 18001:2007 beynəlxalq standartları əsasında eyni zamanda bir neçə menecment sistemini fəal tətbiq edirlər.

Beynəlxalq təcrübə göstərir ki, inteqrasiya olunmuş effektiv menecment sistemlərini tətbiq edə bilən şirkətlər dünya bazarında davamlı müvəffəqiyyətə nail olurlar.

İnteqrasiya olunmuş sistemlərin yaradılmasının təşkilati-metodiki əsasını ISO 9001 standartı, ISO 9000 tərkibinə daxil olan keyfiyyətin ümumi menecmentinin prinsipləri, həmçinin standartlaşdırma obyektləri olan ISO 9001, ISO 14001 və OHSAS 18001 strukturlarının üst-üstə düşməsi və tərkibi təşkil edir.

İNTEQRASİYA OLUNMUŞ MENECMENT SİSTEMİNİN TƏTBİQİ NƏTİCƏSİNDƏ MÜƏSSİSƏNİN ƏLDƏ ETDİYİ ÜSTÜNLÜKLƏR:

  • Bir sistemin tətbiqi, sənədləşdirilməsi və inkişafının bir neçə paralel sistemlərlə müqayisədə daha asan olması;
  • Sistemlərin birgə auditi onun keçirilməsi üçün xərclərin və auditor yoxlamalarının sayını azaltması;
  • Planlamanın effektivliyinin azalmasının qarşısının alınması;
  • Resurslara yüksək tələbatın azalması;
  • Menecmentin vahid harmonizə edilmiş strukturunun yaradılması;
  • İşlənib hazırlanması üçün xərclərin azalması;
  • Dəyişən şəraitlərə uyğunlaşmanın yaxşılaşması və aktivliyin yüksəlməsi.