ISO STANDARTLAR

Xİdmətlərİn İdarə Edİlməsİ Sİstemİ ISO 20000

ISO 20000 - Xidmətlərin İdarə Edilməsi Sistemi

IT sahəsi hal-hazırda qloballaşma və beynəlxalq əməkdaşlığın parlaq nümunələrindən biri kimi məsafələri və sərhədləri keçərək, müxtəlif ölkə şirkətlərinin, mütəxəssislərin, autsorsinq-podratçıların və filialların uzaq məsafədən tam şəkildə qarşlıqlı əlaqəsinin mümkünlüyünü təmin edir.

ISO/ IEC 20000 uyğun olaraq, xidmətlərin idarə edilməsi sistemi İT-xidmətlərin idarə edilməsi proseslərinin etibarlığını, keyfiyyətini, kompleks yanaşmanı və müntəzəm yaxşılaşdırılmasını nümayiş etdirir.

МС 20000 MS-NİN TƏTBİQİ İLƏ ŞİRKƏTİN ƏLDƏ EDƏ BİLƏCƏK ÜSTÜNLÜKLƏRİ

  • Uğurlu biznes üçün İT-xidmətlərin optimal keyfiyyət səviyyəsinin əldə edilməsi və dəstəklənməsi;
  • Xarici sərmayələrin cəlb olunması imkanlarının və kapitallaşmanın artması;
  • Müəssisənin bütün ərazi bölmələrində İT-xidmətlərin miqyaslaşması üçün platformanın yaradılması;
  • İT-proseslərin idarə edilməsinin təşkilatın ümumi menecment sisteminə inteqrasiyasının mümkünlüyü;
  • Şirkətin nüfuzunun yaxşılaşması, daxili və xarici bazarda müştərilərin, tərəfdaşların və sərmayəçilərin müsbət münasibətinin artması;
  • İT-proseslərin idarə edilməsində risklərin minimallaşması;
  • Müqavilə şərtlərinin uğurla yerinə yetirilməsi və xidmət istehlakçılarının tələbatının ödənilməsi üçün şəraitin yaradılmasının təminatı;
  • Xidmətlərin keyfiyyətinin və menecmentin effektliyinin nümayişi.