ISO STANDARTLAR

Ekolojİ menecment sİstemİ ISO 14001

ISO 14001 - Ekoloji menecment sistemi

ISO 14001 standartına müvafiq olaraq ekoloji menecment sistemi identifikasiya edilmiş ekoloji aspektlərin (ətraf mühitə təsir mənbələriylə) effektiv idarə etmə yolu ilə ətraf mühitə mənfi təsirinin azaldılmasına istiqamətlənən neft-qaz, metallurgiya, kimya, energetika və digər sənaye sahələrinə aid təşkilatlar üçün ətraf mühitin idarə olunmasının ən yayılmış effektiv sistemlərindən biridir

ISO 14001 standartına müvafiq olaraq ekoloji menecment sistemi müəssisədə ekoloji qəzaların minimallaşdırılması, həmçinin təhlükəli istehsalat obyektlərinin saxlanmasına, xərclərin, cərimələrin ödənilməsinə, nəzarət orqanlarının göstərişlərinin icrasına, xərclərin azaldılması məqsədi ilə hazırlanır və tətbiq edilir.

ISO 14001 MENECMENT SİSTEMİNİN TƏTBİQİ NƏTİCƏSİNDƏ MÜƏSSİSƏNİN ƏLDƏ ETDİYİ ÜSTÜNLÜKLƏR:

  • Ekoloji menecment sistemi fəaliyyətin əsas sahələrinə yönəlmişdir - hər şey problemlərin əhəmiyyətliliyinə və təsirinə görə qiymətləndirmədən başlayır;
  • Resursların istifadə olunmasına nəzarət və optimallaşdırılma;
  • Su, elektrik enerjisi və xammaldan daha səmərəli istifadə etməklə sərfiyyatın və tullantıların yaranmasının azaldılması üçün potensial imkanın yaranması;
  • Təbiət və ətraf mühitin mühafizəsinə dair qanunvericiliyin dəyişən tələblərinə uyğunluğa təminatın verilməsi;
  • Bütün tərəflərin maraqlarının nəzərə alınması; (əməkdaşlarla kənar iştirakçılar- ictimaiyyət arasında məlumatlandırma və məsuliyyətin bölüşdürülməsi həyata keçirilir);
  • Qəzaların azalması və onların nəticələrinin aradan qaldırılması üçün xərclərin azalması;
  • Yüksək ekoloji göstəricilər hesabına bazarda müəssisənin mövqeyinin yaxşılaşması;
  • Ekoloji göstəricilərin yaxşılaşmasına daha doğrusu təsirin azalmasına nail olunma;
  • Tenderlərdə iştirak və subpodrat müqavilələrin imzalanması zamanı üstünlüklərin olması.