ISO STANDARTLAR

Laboratorİyaların akkredİtasİyası ISO 17025:2006

Laboratoriyaların akkreditasiyası  ISO 17025:2006

ISO 17025:2006 standartı nümunələrin götürülməsi, standart, q/standart və laboratoriya tərəfindən hazırlanmış metodikalara əsasən aparılan sınaq və kalibrovkalar daxil olmaqla bütün sınaq/və ya kalibrovkaların keçirilməsində laboratoriyanın dəqiqliyinə dair ümumi tələbləri müəyyən edir.

Sınaq laboratoriyasının fəaliyyətində ISO 17025:2006 standartının tətbiqi aşağıda göstərilən məsələlərə aid edilir:

  • Keyfiyyət menecment sisteminin işlənib hazırlanması və tətbiqi;
  • Bilavasitə texniki bacarıqların qiymətləndirilməsi, daha doğrusu işçi heyətin qiymətləndirilməsi, tələb olunan reaktivlər, avadanlıqlar və s;
  • Metroloji bacarıqların qiymətləndirilməsi (sınaq metodlarının seçilməsi və həyata keçirilməsi).

ISO 17025:2005 TƏTBİQİ NƏTİCƏSİNDƏ LABORATORIYANIN ƏLDƏ ETDİYİ ÜSTÜNLÜKLƏR:

  • Texniki dəqiqliyin yaranması;
  • Fəaliyyətin effektivliyinin artması;
  • Marketinq üstünlüyü;
  • Beynəlxalq sertifikatlaşdırma, yoxlama, nəzarət sınaqlarının keçirilməsində iştirak imkanı;
  • Sınaq protokollarının beynəlxalq dərəcəsə qəbul edilməsi;
  • İstehlakçıda laboratoriyada görülən işlərin keyfiyyətinə dair inamın formalaşması.