ISO STANDARTLAR

Yeyİntİ məhsullarının təhlükəsİzlİyİ menecment sİstemİ ISO 22000:2005

Yeyinti  məhsullarının  təhlükəsizliyi menecment sistemi  ISO 22000:2005

Yeyinti məhsullarının təhlükəsizliyi menecment sistemi ISO 22000:2005 standartına müvafiq olaraq istehsalat silsiləsində və bütün təhlükələri identifikasiya və qiymətləndirmə, istehsalat prosesində risklərin qiymətləndirilməsi və kritik nəzarət sahələrinin müəyyən edilməsi yolu ilə yeyinti məhsullarından istifadədə iştirak edən təşkilatlar üçün ən yayılmış effektiv idarəetmə sistemlərindən biridir.

Yeyinti məhsullarının təhlükəsizliyi menecment sistemi ISO 22000:2005 standartına müvafiq olaraq, müəssisədə istehsalatın bütün mərhələlərində yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət prosedurlarının tətbiqi, həmçinin istehlakçıların, ticarət şəbəkələrinin etibar səviyyəsinin artması məqsədilə hazırlanır və tətbiq edilir.

ISO 22000:2005 MENECMENT SİSTEMİNİN TƏTBİQİ NƏTİCƏSİNDƏ MÜƏSSİSƏNİN ƏLDƏ ETDİYİ ÜSTÜNLÜKLƏR:

  • Maraqlı tərəflərə istehsalat stabilliyinin nümayişi;
  • Beynəlxalq satış bazarına çıxış imkanı;
  • Müəssisənin məhsulunun rəqabətə davamlılığının artması;
  • Yeyinti məhsulunun çatdırılması zəncirinin bütün iştirakçılarının fəaliyyətinin effektivliyinin artması;
  • Məhsulun geri çağrılması və ya zayın düzəldilməsi fəaliyyəti deyil, qabaqlayıcı tədbirlərin istifadə edilməsi, istehsalat xərclərinin azaldılması imkanı;
  • Müvafiq sahədə risklərin idarə edilməsi üçün zəzarət vasitələrinin və metodlarının çoxluğu;
  • Məhsulun verifikasiyasını aşağı salan planlama;
  • Məcburi proqramların mütəmadi idarə olunması;
  • İşçi heyətin biliklərinin və cavabdehliklərinin artması;
  • Yeyinti məhsullarının təhlükəsizliyinin təmin edilməsi üzrə bilavasitə cavabdehliklərin müəyyənləşdirilməsi;
  • Kritik proseslərin müəyyənləşdirilməsi;
  • İstehsalatın ümumi həcmində zayın payının azaldılması hesabına qənaət edilməsi;
  • Şikayət və məhkəmələrin analizi zamanı istehsal olunan məhsulun təhlükəsizliyini sübut edən sənədləşmənin aparılması;
  • Keyfiyyətli və təhlükəsiz yeyinti məhsulu istehsalçısı təəsüratının yaranması.