ISO STANDARTLAR

Keyfİyyət menecment sİstemİ ISO 9001:2008

Keyfiyyət  menecment sistemi  ISO 9001:2008

Hazırda keyfiyyət menecment Sistemi ISO 9001:2008 standartına müvafiq olaraq təşkilatın idarə edilməsi üzrə ən yayılmış alətdir ki, o istənilən ölçüdə olan, müxtəlif fəaliyyətlə məşğul olan və müxtəlif mülkiyyət formasına malik olan şirkətlərə gözlənilməz xərclərin azaldılmasına, əmək məhsuldarlığının artmasına, daxili biznes proseslərinin optimallaşması hesabına istehsal gücünün artmasına, əməkdaşların funksiyalarının, öhdəliklərinin və məsuliyyətlərinin bölüşdürülməsinin optimallaşmasına istiqamətlənmiş idarəetmə mexanizmlərini tətbiq etməyə imkan verir.

Keyfiyyət ISO 9001:2008 standartına müvafiq olaraq müəssisədə bütün istehsal proseslərinin optimallaşdırılması və buraxılan məhsulun və ya göstərilən xidmətlərin keyfiyyətinə nəzarəti təkmilləşdirmək məqsədilə hazırlanır və tətbiq edilir.

ISO 9001:2008 MENECMENT SİSTEMİNİN TƏTBİQİ NƏTİCƏSİNDƏ MÜƏSSİSƏNİN ƏLDƏ ETDİYİ ÜSTÜNLÜKLƏR:

  • Biznes-proseslərin optimallaşdırması əsasında səlahiyyətlərin və cavabdehliklərin bərabər bölünməsi hesabına şirkətin idarə edilməsinin effektivliyinin artması;
  • Müəssisənin iqtisadi fəaliyyətinin göstəricilərinin (gəlirliliyin artımı, xərclərin azaldılması və s.) yaxşılaşması;
  • Ümumi məqsədə nail olmaq üçün işçilərdə əməyə və əməkdaşlığa motivasiyalı yanaşmanın yaranması; (işçilərin cavabdehliklərinin və səlahiyyətlərinin vəzifə öhdəlikləri əsasında müəyyənləşdirilməsi);
  • Daxili və xarici əlaqələndirmənin yaxşılaşması, sənədlərin və qeydlərin idarə olunması sisteminin təkmilləşdirilməsi;
  • Şirkətin nüfuzunun artması və ona olan etimadın möhkəmlənməsi;
  • İstehlakçılarla əks əlaqənin gücləndirilməsi;
  • Biznesdən optimal gəlirin əldə edilməsi; (statistik göstəricilər əsasında nəticələrin qiymətləndirilməsi və müəyyənləşdirilməsi);
  • Marketinq və strateji məsələlərin reallaşdırması üçün köməkçi mexanizmin olması.