Monİtorİnq / Autsorsİnq

Məqsəd - şirkətin biznes-proseslərinin daimi dəstəklənməsi və menecment sitemlərinin təkmilləşdirilməsidir.

İdarəetmə sistemlərinin “autsorsinqi” Zygon Caspian Consulting şirkətinin ixtisaslaşdırılmış məsləhətçiləri tərəfindən həyata keçirilən profil xidmətlərdən biridir.

İdarəetmə Sistemini tətbiq edən bir çox təşkilatlar sistemin işlək vəziyyətdə saxlanılması zamanı bir sıra problemlərlə qarşılaşırlar. Buna səbəb peşəkar bacarıq və təcrübənin, eləcə də keyfiyyət şöbəsində insan resursları çatışmazlığı ola bilər.

Qeyd olunan problemin aktual olduğu müəssisələrə idarəetmə sisteminin “autsorsinq” xidmətini təklif edirik. Qoyulmuş məqsədlərdən və mövcud resurslardan asılı olaraq “autsorsinqə” aşağıda qeyd olunan istiqamətləri daxil etmək olar:

  • Auditlərin keçirilməsi;
  • İdarəetmə sistemi üçün qabaqlayıcı və tənzimləyici tədbirlərin hazırlanması.
  • İdarəetmə sisteminin fəaliyyətinin təhlili üçün sənədlərin hazırlanması.
  • Sertifikatlaşma, yenidən sertifikatlaşma və nəzarət auditləri məsələləri ilə bağlı sertifikatlaşma orqanı ilə danışıqların aparılması.
  • Keyfiyyət idarəetmə sisteminin sənədlərinin aktuallığının saxlanılması.
  • Keyfiyyət/təhlükəsizlik/ekologiya sahələri üzrə proqram və məqsədlərin hazırlanması.
  • İdarəetmə sistemləri üzrə təlimlərin keçirilməsi.
  • İstehlakçıların iddialarının təhlili.
  • İdarəetmə sisteminin və onun biznes-proseslərinin yaxşılaşdırılması üçün tədbirlərin hazırlanması.

Müəssisənin xüsusiyyətlərindən, qoyulmuş məqsədlərdən və mövcud biznes proseslərdən asılı olaraq Biz müəssisədə monitorinqin keçirilmə müddəti ilə bağlı bir neçə variantlar təklif edirik.