XƏBƏRLƏR

ISO 9001:2015 və 14001:2015 beynəlxalq standartlarının yenİ versİyaları

Tarix: 15.10.2015

Zygon Caspian Consulting müxtəlif sahələrdən olan müəssisələrin ISO 9001:2015 və 14001:2015 standartının yeni versiyalarına keçidinə hazırlığı üzrə layihələri həyata keçirir.

Hal-hazırda ISO/ТК 176 "Keyfiyyətin menecmenti və keyfiyyətin təmin edilməsi " və ISO/TK 207 "Ekoloji menecment sistemləri"nin standartlaşması üzrə Beynəlxalq təşkilatın Beynəlxalq texniki komitələri keyfiyyət menecment sistemi - ISO 9001:2015 və ISO 9000:2015, eləcə də ekoloji menecment sistemi - ISO 14001:2015 sahəsində beynəlxalq standartların əsaslı olaraq yenidən baxılmasını həyata keçirmişlər. Keyfiyyət menecment sistemi standartın ISO 9001:2008 versiyası üzrə sertifikatlaşan müəssisələr ISO 9001:2015 standartının yeni versiyasının tələbləri üzrə sertifikatlaşmanı standartın müvafiq versiyasının təsdiqlənməsindən sonra 3 il ərzində keçmək imkanı əldə edəcəklər. Uyğun olaraq ISO 9001:2008 sertifikatları ISO 9001:2015 standartının nəşrindən 3 il sonra etibarsız sayılacaqdır.

"Zygon Caspian Consulting" müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin ISO 9001:2015 və ISO 14001:2015 standartlarının yeni versiyalarına keçidinə hazırlıq çərçivəsində ISO 9001:2015 və ISO 14001:2015 standartlarında olan əsaslı dəyişikliklərin aydınlaşdırılması üzrə məlumat-konsultasiya xidmətlərini təklif edir.