XƏBƏRLƏR

Gənclər yaradıcılıq hərəkatı «KEYFİYYƏTİN ESTAFETİ»

Tarix: 25.06.2015

25 iyun 2015-ci il tarixində Azərbaycanda Gənclər yaradıcılıq hərəkatı «KEYFİYYƏTİN ESTAFETİ» qlobal layihəsi çərçivəsində gənclər arasında menecment üzrə İkinci Beynəlxalq olimpiada keçirilmişdir.

Gənclərin işgüzar qabiliyyətinin təkmilləşdirilməsi və keyfiyyət sferasında beynəlxalq cəmiyyətin keyfiyyəti hərəkatına cəlb edilməsi məqsədilə Gənclər yaradıcılıq hərəkatı "KEYFİYYƏTİN ESTAFETİ" qlobal layihəsi hazırlanmışdır.

Qlobal layihə çərçivəsində 25 iyun 2015-ci il tarixində gənclər arasında menecment üzrə İkinci beynəlxalq olimpiada keçirilmişdir. Olimpiadada yaşı 35-ə qədər olan Azərbaycanın aparıcı müəssisələrinin mütəxəssisləri iştirak etmişdir.

Olimpiadanın təşəbbüskarı və əsas elmi təşkilatçısı Keyfiyyət Mütəxəssislərinin Beynəlxalq gildiyasıdır (KMBG). Olimpiada Mərkəzi və Şərqi Avropa ölkələrinin Keyfiyyət liderləri Klubunun yardımı ilə keçirilmişdir (KLK MŞA).

Olimpiada 2 nominasiyada keçirilmişdir:«Keyfiyyət Menecment Sistemi» və «Ümumi menecment».

Olimpiadada SW Holding, “Sumgait Technologies Park” (STP) və digər müəssisələrin gənc mütəxəssislər iştirak etmişdir. Olimpiadanın qalibləri və mükafatçıları KMBG diplomları ilə mükafatlandırılmışdır.