XƏBƏRLƏR

“Gənclərİn yaradıcılıq hərəkatı KEYFİYYƏT ESTAFETASI” Qlobal layİhəsİ

Tarix: 20.05.2016

20 may 2016-cı il tarixdə “Gənclərin yaradıcılıq hərəkatı “KEYFİYYƏT ESTAFETASI” Qlobal layihə çərçivəsində Azərbaycanda ilk dəfə gənclər arasında menecment üzrə 3-cü Beynəlxalq Olimpiadası keçirilmişdir.

20 may 2016-cı il tarixdə Zygon Caspian Consulting (ZСС) şirkəti Azərbaycan Futuroloqlar Cəmiyyətinin (Azərbaycan Respublikasında Millenium Layihəsinin şöbəsi) əməkdaşlıqla “Gənclərin yaradıcılıq hərəkəti “KEYFİYYƏT ESTAFETASI” Qlobal layihə çərçivəsində Azərbaycanda ilk dəfə “Menecmentin praktikası və metodları” mövzüsunda gənclər arasında menecment üzrə 3-cü Beynəlxalq Olimpiadası keçirtmişdir.

Olimpiadanın təşəbbüskarı və əsas elmi təşkilatçısı Keyfiyyət üzrə Peşəkarların Beynəlxalq Gildiyasıdır. Olimpiada Mərkəzi və Şərq Avropa ölkələrin Keyfiyyət üzrə Liderlərin Klubun vasitəçiliyi ilə təşkil olunmuşdur.

Tədbirdə Azərbaycan Dövlət İqtisadiyyət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının, o cümlədən, müxtəlif şirkətlərin gənc mütəxəssisləri iştirak etmişdir.

Nəticələrin elan edildikdən sonra Olimpiadanın qalibləri, mükafatçıları və iştirakçıları Keyfiyyət üzrə Peşəkarların Beynəlxalq Gildiyasının sertifikatları və diplomları ilə təltif olunmuşdur.

Beynəlxalq Olimpiadanın Təşkilat Komitəsinin Zygon Caspian Consulting (ZСС) şirkəti Azərbaycanda milli nümayəndəsidir.