Müəssİsənİn İlkİn Audİtİ

İlkin audit tam olaraq Zygon Caspian Consulting şirkətinin məsləhətçi-ekspertləri tərəfindən tələb olunan məlumat və sənədləri əldə etmək üçün müəssisənin əməkdaşlarını cəlb etməklə aparılır.

İlkin qiymətləndirmə müəssisənin mövcud idarəetmə sisteminin beynəlxalq standartların tələblərinə uyğunluq dərəcəsini müəyyən etməyə, tələb olunan standarta uyğun olan idarəetmə sistemini yaratmaq, eləcə də layihələrin müddətini və tələb olunan resursları planlaşdırmaq üçün müəssisənin istifadə edilə biləcək mövcud potensialını öyrənməyə imkan verir.

İdarəetmə sisteminin auditi Rəhbərliyin, struktur bölmə rəhbərlərinin və müəssisənin aparıcı əməkdaşlarının müsahibəsi, eləcə də mövcud sənədlərin təhlili və proseslərə nəzarət yolu ilə aparılır.

Auditin gedişatında idarəetmə sisteminə aid olan müəssisənin bütün əsas fəaliyyət sahələrinin yoxlamaları keçirilir. Xüsusi diqqət İSO standartlarının müəyyən tələblərini irəli sürdüyü, o cümlədən onların mövcudluğu və ya yoxluğu məhsulun keyfiyyətinə, müştərilərə xidmətin keyfiyyətinə, əməyin mühafizəsinə, ekologiyaya və fəaliyyətin digər aspektlərinə əhəmiyyətli dərəcədə təsir edə bilən proseslərə və fəaliyyət sahələrinə yetirilir.

Şirkətimizin məsləhətçiləri tərəfindən ilkin audit aşağıdakı hallarda keçirilə bilər:

- İdarəetmə sistemlərinin qurulması üçün müddətin azaldılması və müəyyənləşdirilmiş xərclərlə əlaqədar risklərin minimuma endirilməsi üçün idarəetmə sisteminin hazırlanmasından və tətbiqindən əvvəl;
- İdarəetmə sistemi artıq işlənib hazırlanıb, lakin sertifikatlaşdırılmayıb və standartın və qanunvericiliyin tələblərinə uyğun olaraq sertifikatlaşma auditindən əvvəl ilkin auditin keçirilməsinə ehtiyac yarandıqda.

İlkin auditin keçirilməsi proseduruna daxildir:

  • Müəssisənin təşkilati strukturu ilə ilkin tanışlıq.
  • Audit planının hazırlanması və razılaşdırılması.
  • Auditin nəticələri üzrə hesabatın hazırlanması və prezentasiyası.

Xidmətlərimizin keyfiyyəti idarəetmə sistemlərinin qurulması, tətbiq edilməsi, auditi və sertifikatlaşdırılması üzrə auditorlarımızın böyük iş təcrübəsinə malik olması ilə təmin olunur. Bunu tərəfimizdən yerinə yetirilmiş müvəffəqiyyətli layihələr və müştərilərimizdən gələn rəylər sübut edir.

İlkin Auditə daxildir:

  • Standartın tələblərinin müəssisənin fəaliyyəti ilə əlaqələndirilməsi: müəssisənin əsas fəaliyyət sahələrinin, biznes-proseslərinin xüsusiyyətlərinə uyğun olaraq onun fəaliyyətinə tətbiq edilən (edilməyən) standartların tələblərinin və elementlərinin müəyyənləşdirilməsi.
  • Standartın tələblərinə uyğun olaraq idarəetmə sisteminin mövcud sənəd həcminin kifayət olub-olmamasının qiymətləndirilməsi, eləcə də mövcud sənədlərin standartın tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə müəssisədə olan sənədlərin təhlili.
  • Reqlament sənədləri mövcud olan sahələr üzrə müəssisənin gündəlik fəaliyyətində həmin sənədlərin tələblərinin dolğun yerinə yetirilməsinin qiymətləndirilməsi.
  • Standartın tələb etdiyi prosedurlar və reqlamentlər olmayan fəaliyyət sahələrində işlərin görülməsi ilə bağlı mövcud təcrübənin təhlili.
  • Standartların və qüvvədə olan qanunvericiliyin tələbləri üzrə idarəetmə sisteminin uyğunsuzluqlarının müəyənləşdirilməsi.
  • Standartın tələblərinə uyğun olaraq müəssisənin fəaliyyətinin uyğunluğunun təmin edilməsi üzrə tədbirlər proqramının hazırlanması.
  • Əsas idarəetmə obyektləri üçün idarəetmə qərarlarının qəbul edilməsi təcrübəsinin tamlığının və effektivliyinin təhlili:
    - Görülən işlərə görə cavabdehliyi olmayan və ya idarəetmə fəaliyyətlərinin təkrarlanması mövcud olan fəaliyyət sahələri;
    - İdarəetmə sahələri üçün idarəetmə qərarlarının qəbul edilməsi üzrə məsuliyyətlərin səlahiyyətlərə uyğunluğunun qiymətləndirilməsi.

İlkin Auditin nəticələri aşağıda göstərilənlərdən ibarət hesabat şəklində hazırlanır:

  • Müəssisənin fəaliyyətinin standartlara uyğunluğunun ümumi qiymətləndirilməsi, müəssisədə mövcud sistemin uyğunluğu (uyğunsuzluğu) haqqında standartın hər bəndi üzrə nəticələr.
  • Standartların və qüvvədə olan qanunvericiliyin tələbləri üzrə uyğunsuzluqlar aşkarlanmış müəssisənin fəaliyyət sahələrinin siyahısı.
  • Aşkarlanmış uyğunsuzluqların aşağıdakı bölmələr üzrə ətraflı təsviri:
    - ISO standartının tələbləri üzrə reqlament sənədlərinə dair uyğunsuzluqlar;
    - ISO standartının tələbləri üzrə müəssisənin fəaliyyətində uyğunsuzluqlar.
  • Müəssisədə mövcud reqlament sənədlərinə əlavə edilməli sənədlərin siyahısı və məzmunu.
  • Tələb olunan düzəlişləri göstərməklə dəyişikliklərin edilməsi tələb edən sənədlərin siyahısı.
  • Standartların və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluq üçün müəssisənin fəaliyyətində tətbiq edlməli dəyişikliklər.

İlkin auditə dair hesabatda tələb olunan sənədlərin və təşkilati dəyişikliklərin siyahısı təqdim edilir ki, onların müəssisədə hazırlanması və tətbiqi beynəlxalaq standartların tələbləri üzrə sonrakı sertifikasiyası ilə işlək Sisteminin yaradılmasına imkan yaradır.