ISO 37001:2016 “RÜŞVƏTXORLUQ ƏLEYHİNƏ İDARƏETMƏ SİSTEMİ” BEYNƏLXALQ STANDARTININ TƏLƏBLƏRİNƏ MÜVAFİQ OLARAQ, KORRUPSİYAYA QARŞI SİSTEMİN QURULMASI

Təlimin məqsədi: BS ISO 37001: 2016 tələblərinə əsaslanan rüşvətxorluq əleyhinə idarəetmə sisteminin işlənib hazırlanmasına cavabdeh olan müəssisələrin mütəxəssislərinin təlimi. Təcrübədə tələblərin reallaşdırmasının nümunələrinin öyrənilməsi, habelə korrupsiya risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə praktik işlərin öyrənilməsi.

Təlimin auditoriyası: Rüşvətxorluq əleyhinə menecment sisteminə (RƏMS) məsul şəxslər, uyğunluğa nəzarət menecerləri, daxili yoxlamaların təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan rəhbərlər, bu sahədə biliklərini artırmaq istəyən mövcud daxili auditorlar, şirkətlərin huquqşunasları.

Təlİmİn proqramı

Təlimin müddəti: 3 gün

Birinci gün (10.00-18.00)

  • ISO 37001 tətbiqi.
  • RƏİS tətbiqinə yanaşma seçimi.
  • RƏİS tətbiqinin təşəbbüsü. Əlaqəli və nəzarət edilən təşkilatlarda RƏİS.
  • Azərbaycan, ABŞ və Böyük Britaniyanın korrupsiyaya qarşı qanunvericilik tələbləri.
  • ISO 37001-lə bağlı normativ-hüquqi və vacib olmayan rəhbərliklər.

Bölmə 4. Təşkilatın konteksti.

  • - Təşkilatın kontekstini anlamaq.
  • - Maraqlı tərəflərin ehtiyacları və gözləntiləri.
  • - RƏİS əhatə dairəsinin müəyyənləşdirilməsi.
  • - Korrupsiya ilə əlaqəli risklərin qiymətləndirilməsi.
  • - RƏİS məqsədlərinin müəyyənləşdirilməsi.

Bölmə 5. Liderlik.

  • - Liderlik: İdarəedən orqan. Ali rəhbərlik. Təşkilati funksiyalar, vəzifələr və səlahiyyətlər.
  • - Korrupsiyaya qarşı mübarizə siyasəti.

Bölmə 6. Planlama.

  • - Risk və imkanların emalı üzrə tədbirlər. Müəyyən olunmuş riskləri idarə etmək üçün maliyyə və qeyri-maliyyə nəzarətinin yaradılması.
  • - Təşkilatın fəaliyyətində korrupsiya risklərinin qiymətləndirilməsi və müəyyən edilmiş risklərin idarə olunması üçün maliyyə və qeyri-maliyyə nəzarətinin yaradılması.

Praktiki tapşırıq № 1. «Risklərin ilkin qiymətləndirilməsi–təşkilatın qarşılaşa biləcəyi, rüşvətxorluq risklərinin müəyyənləşdirilməsi(misal göstərməklə)»
Praktiki tapşırıq № 2. «Korrupsiya risklərinin qiymətləndirilməsi–risklər xəritəsinin tərtib edilməsidir»

İkinci gün (10.00-18.00)

Bölmə 7. Təminat.

  • - Təşkilatda uyğunluq funksiyasının yaradılması. Səriştəlilik. Resurslar.
  • - Məlumatlandırma və təlim. İşçilər və biznes ortaqları üçün təlim və məlumatlandırma proqramlarının hazırlanması.
  • - Daxili və xarici kommunikasiya.
  • - Sənədləşdirilmiş məlumat.

Bölmə 8. Fəaliyyət.

  • - Operativ planlama və idarəetmə. Kompleks yoxlama. Maliyyə, qeyri maliyyə fəaliyyətində tədbirlər.
  • - Nəzarət olunan təşkilatlar və iş ortaqları tərəfindən korrupsiyaya qarşı mübarizə mexanizmlərinin tətbiqi.
  • - Korrupsiya ilə mübarizəyə qarşı öhdəliklər.
  • - Hədiyyələrin, ianə və bənzər halların həyata keçirilməsindən yaranan risk idarəetmə proseslərinin həyata keçirilməsi.
  • - RƏİS-in tələblərinin pozulması haqqında məlumat vermək üçün “qaynar xətt”in (hotline) yaradılması.
  • - Uyğunsuz antikorrupsiya (korrupsiyaya qarşı mübarizə) mexanizmləri üçün tədbirlər.
  • - Şübhələr haqqında məlumat vermək.

Üçüncü gün (10.00-18.00)

  • - Korrupsiya ilə əlaqəli olaraq istintaqların aparılması və tədbirlərin qəbul edilməsi.
  • - Daxili araşdırmaların təşkili və rüşvətxorluğa qarşı tədbirlərin görülməsi.
  • - Maraqların münaqişələrinin idarəedilməsi üzrə proseslərin tətbiqi və bu cür halların qiymətləndirmə nümunəsi.

Praktiki tapşırıq № 3. «Maraqların münaqişəsi hallarının həlli ilə bağlı qiymətləndirmə və qərar qəbuletmə»

Bölmə 9. Fəaliyyətin nəticələrinin qiymətləndirilməsi.

  • - Monitorinqin aparılması və daxili auditin təşkili.
  • - Rəhbərlik, idarəetmə orqanı və uyğunluq funksiyası tərəfindən təhlil.

Praktiki tapşırıq № 4. «Fəaliyyət göstəricilərinin qiymətləndirilməsi»

Bölmə 10. Təkmilləşdirmə.

  • - Uyğunsuzluqların aradan qaldırılması (düzəliş və korreksiya).
  • - RƏİS-in daimi təkmilləşdirilməsi(yaxşılaşdırılması) və inkişafı.

Yekun test

"ISO 37001:2016 tələblərinə müvafiq olaraq Rüşvətxorluq əleyhinə idarəetmə sisteminin işlənməsi və tətbiqi" təlim kursu, təlim iştirakçıları ilə praktiki tapşırıqlardan istifadə edərək dialoq rejmində keçirilir.

Tədbirin iştirakçıları üçün:

  • - Təlim proqramı üzrə Sertifikat verilməsi ilə;
  • - aktual informasiya-sorğu materialları dəsti;
  • - gündəlik nahar və qəhvə fasilələri.

SİFARİŞİN QEYDİYYATI