XİDMƏTLƏR VƏ TƏLİMLƏR
|
Müəssİsənİn İlkİn Audİtİ İlkin audit tam olaraq Zygon Caspian Consulting şirkətinin məsləhətçi-ekspertləri tərəfindən tələb olunan məlumat və sənədləri əldə etmək üçün müəssisənin əməkdaşlarını cəlb etməklə aparılır. İlkin qiymətləndirmə müəssisənin mövcud idarəetmə sisteminin beynəlxalq standartların tələblərinə uyğunluq dərəcəsini müəyyən etməyə, tələb olunan standarta uyğun olan idarəetmə sistemini yaratmaq, eləcə də layihələrin müddətini və tələb olunan resursları planlaşdırmaq üçün müəssisənin istifadə edilə biləcək mövcud potensialını öyrənməyə imkan verir. İdarəetmə sisteminin auditi Rəhbərliyin, struktur bölmə rəhbərlərinin və müəssisənin aparıcı əməkdaşlarının müsahibəsi, eləcə də mövcud sənədlərin təhlili və proseslərə nəzarət yolu ilə aparılır. Auditin gedişatında idarəetmə sisteminə aid olan müəssisənin bütün əsas fəaliyyət sahələrinin yoxlamaları keçirilir. Xüsusi diqqət İSO standartlarının müəyyən tələblərini irəli sürdüyü, o cümlədən onların mövcudluğu və ya yoxluğu məhsulun keyfiyyətinə, müştərilərə xidmətin keyfiyyətinə, əməyin mühafizəsinə, ekologiyaya və fəaliyyətin digər aspektlərinə əhəmiyyətli dərəcədə təsir edə bilən proseslərə və fəaliyyət sahələrinə yetirilir. Şirkətimizin məsləhətçiləri tərəfindən ilkin audit aşağıdakı hallarda keçirilə bilər:
- İdarəetmə sistemlərinin qurulması üçün müddətin azaldılması və müəyyənləşdirilmiş xərclərlə əlaqədar risklərin minimuma endirilməsi üçün idarəetmə sisteminin hazırlanmasından və tətbiqindən əvvəl; İlkin auditin keçirilməsi proseduruna daxildir:
Xidmətlərimizin keyfiyyəti idarəetmə sistemlərinin qurulması, tətbiq edilməsi, auditi və sertifikatlaşdırılması üzrə auditorlarımızın böyük iş təcrübəsinə malik olması ilə təmin olunur. Bunu tərəfimizdən yerinə yetirilmiş müvəffəqiyyətli layihələr və müştərilərimizdən gələn rəylər sübut edir. İlkin Auditə daxildir:
İlkin Auditin nəticələri aşağıda göstərilənlərdən ibarət hesabat şəklində hazırlanır:
İlkin auditə dair hesabatda tələb olunan sənədlərin və təşkilati dəyişikliklərin siyahısı təqdim edilir ki, onların müəssisədə hazırlanması və tətbiqi beynəlxalaq standartların tələbləri üzrə sonrakı sertifikasiyası ilə işlək Sisteminin yaradılmasına imkan yaradır. |