XİDMƏTLƏR VƏ TƏLİMLƏR
|
İnteqrasİya olunmuş Menecment Sİstemİnİn Daxİlİ Auditoru Təlimin məqsədi: ISO 9001, ISO 14001, OHSAS 18001 standartlarının daxili audit proseslərinə interpretasiyasının öyrənilməsi. ISO 19011 standartının daxili audit prosessinə yanaşma yollarının axtarışı və tanışlıq. Səmərəli daxili audit proseslərinin qurulması və onun düzəldici və qabaqlayıcı tədbirlər proseduru ilə qarşılıqlı əlaqəsi. Təlimin auditoriyası: Təlim müəssisənin daxili auditlərinin keçirilməsi və planlaşdırılmasına cavabdeh olan mütəxəssisləri və rəhbərləri, şöbə müdirləri, daxili yoxlamalarda iştirak edən mütəxəssisləri və əsas işçiləri üçün nəzərdə tutulmuşdur. Təlİmİn proqramı Təlimin müddəti: 2,5 gün Birinci gün (09.00-17.00)
İkinci gün (09.00 – 17.00)
Üçüncü gün (09.00 – 14.00)
Yekun test «İnteqrəolunmuş menecment sisteminin daxili auditoru» üzrə təlim kursu praktiki tapşırıqlar tətbiq etməklə və təcrübə mübadiləsi aparmaqla iştirakçılarla dialoq rejimində keçirilir. İşgüzar oyunların gedişatında təlimin hər bir iştirakçısı özünü baş auditor rolunda sınayacaq, auditorlar komandasının yığılmasını, uyğunsuzluqların aşkarlanmasını və hesabat blanklarının doldurulmasını öyrənəcək. Tədbirin iştirakçıları üçün:
|