НАССР və qİda təhlükəsİzlİyİ sİstemlərİ menecerİ / EOQ (Avropa keyfİyyət təşkİlatı) qİda təhlükəsİzlİyİ sİstemlərİ menecerİ

Təlimin məqsədi: Qida məhsullarının təhlükəsizliyi üzrə idarəçilik sisteminin tətbiqinə və təkmilləşdirilməsinə məsul olan mütəxəssislərin, menecerlərin səriştəliyinin artırılması. Qida məhsullarının təhlükəsizliyinin menecment sisteminin yaradılmasında tətbiq olunan texnologiyaların istifadəsi üzrə praktiki bacarıqların əldə edilməsi sahəsində iştirakçılara köməklik etmək.

Təlim auditoriyası: Qida məhsullarının təhlükəsizliyi menecment ssteminin yaradılması və tətbiqi üzrə məhsul zəncirinə daxil edilmiş müəssisələrin mütəxəssisləri, laboratoriya müdirləri, qida təhlükəsizliyi sistemi üzrə menecerlər.

Təlİmİn proqramı

Təlimin müddətliyi: 7 gün

Birinci gün (09.00-17.00)

  • İştirakçıların təqdimatı.
    Qida məhsullarının təhlükəsizliyi sahəsində AKT-nın peşəkar təlimin konsepsiyası.
    Qida məhsullarının təhlükəsizliyinin müasir menecmenti.
    Beynəlxalq qida qanunvericiliyi. ISO 22000: 2005 standartının tələbləri.
    Qida təhlükəsizliyi sisteminin nəticəliyinə zəmanət verən əsaslar: GMP müvafiq istehsalat təcrübəsi. Terminlər və anlayışlar (ISO 22000: 2005 b. 5.3, 6.2, 6.3).
  • Təhlükəsizlik və gigiyena üzrə qida avadanlığına olan tələblər.
    (ISO 22000: 2005 b. 6.3, 6.4).

    Praktiki iş № 1. «Müəssisə avadanlığının reyestrinin yaradılması. İŞP-nın keçirilməsi planının hazırlanması»

    GHP müvafiq gigiyena təcrübəsi. Sanitar qaydaların tələbləri, qida məhsullarının mikrobioloji göstəriciləri (ISO 22000: 2005 b. 7.3,75).
    İşçilərin şəxsi gigiyenası və onlar üçün yerlər. (ISO 22000: 2005b. 7.2).

    Praktiki iş № 2. «Sanitar-gigiyena tələblərinə əsasən işçilərin təlimləşdirilməsi planının hazırlanması»

İkinci gün (09.00-17.00)

  • Təhlükəsizliyin təminatının baza proqramları (PRP).
    Terminlər və anlayışlar (ISO 22000: 2005 b. 7.2).
    İŞP baza dəsti ilə tanışlıq (nümunələrlə).
    (GMP və GHP əsasında): (ISO 22000: 2005 b. 7.4, 7.5).
    Binaların konstruksiyalaşdırılması və layihələşdirilməsi. Yerlərin və təmiz zonaların planlaşdırılması. (ISO 22000: 2005 b. 7.4, 7.5).
    Ətraf mühit üzrə standartlar və tullantılardan təmizlənmə.

    Praktiki iş № 3. «Zavodun (sexin) sxeminin qurulması»
  • Qida təhlükəsizliyi menecment sisteminin yaradılması qaydaları. НАССР konsepsiyası. НАССР prinsipləri. (ISO 22000: 2005 b. 7.6).
    Qida məhsullarının təhlükəsizliyinin planlaşdırılması. НАССР planının tərtibat mərhələləri. (ISO 22000: 2005 b. 7.6, 7.7).

    Praktiki iş № 4:
    • Təhlükəli amillərin eyniləşdirilməsi (ISO 22000: 2005 b. 7.4).
    • Kritik nəzarət nöqtələrinin təyin edilməsi (ISO 22000: 2005 b. 7.6.2).
    • Kritik hədlərin təyin edilməsi (ISO 22000: 2005 b. 7.6.3).

Üçüncü gün (09.00-17.00)

  • QMTMS sənədləri (ISO 22000: 2005 b. 4.2).
    Qida məhsullarının təhlükəsizlik menecment sisteminin qiymətləndirilməsi, yoxlanması və tətbiqi (ISO 22000: 2005 b. 8.2, 8.4).
    Nümunələr əsasında baza sənədləri dəsti ilə tanışlıq: Qiymətlənmə proqramları, qiymətlənmə protokolları, yoxlama proqramları, yoxlama protokolları.
    Qida məhsulları istehsalı zəncirində izləmə sisteminin tətbiqi. Monitorinq məlumatlarının qiymətləndirilməsi.
    Malgöndərənin və istehlakçının auditinin həyata keçirilməsi (ISO 22000: 2005 b. 8.4.1).
    Təşkilatların əsas quruluş formaları, menecment modelləri, qərarların qəbul edilmə prosesləri.
  • MENECMENT SİSTEMİNDƏ PROSESLİ YANAŞMA.
    Prosesli yanaşmasının mahiyyəti.
    Proseslərin modelləşdirilməsi (yaradılması/eyniləşdirilməsi, proseslər arasında qarşılıqlı təsir və qarşılıqlı əlaqə, proseslərin yönləndirilməsi).
    Təşkilatda proseslərin qarşılıqlı təsirinin idarə olunması, proseslərin yerinə yetirilməsi səviyyəsinin ölçülməsi.

    Praktiki iş № 5. «Menecment sistemi prosesinin işlənib hazırlanması»

Dördüncü gün (09.00-17.00)

  • TƏŞKİLATİ İDARƏETMƏNİN VƏ MENECMENTİN ƏSASLARI.
    Menecment işçiləri.
    Keyfiyyət menecmentinin prinsipləri.
  • TƏŞKİLATDA İŞÇİLƏRİN ÜNSİYYƏTİ VƏ QARŞILIQLI DAXİLİ FƏALİYYƏTİ.
    İdarə texnologiyaları. Qrup işinin dinamikasının idarəsi prosesləri haqqında ümumi anlayış. Müxtəlif məqsədli qrupların nəticələri (idarəetmə nəticələri) haqqında təqdimatlar və hesabatlar. Daxili ünsiyyətdə işçilərin motivasiyasının qeydiyyatı.

    Praktiki iş № 6. «Baş texnoloq xidmətində texniki müşavirənin keçirilməsi»

Beşinci gün (09.00-17.00)

  • FSSC 22000 qida standartının anlanması.
    FSSC 22000 əsas hissələri.
    FSSC 22000 tətbiqedilmə sahəsi.
    FSSC22000 üzrə sertifikatlaşmanın keçilməsinə dair məsələlər (suallar).
  • QİDA TƏHLÜKƏSİZLİYİ MENECMENT SİSTEMİNİN DAXİLİ AUDİTLƏRİ.
    (Daxili auditə hazırlıq və onun aparılması, proqramı, planı, uyğunsuzluqlar, düzəlişedici və xəbərdaredici tədbirlər).

    Praktiki iş № 7. «ISO 19011:2011 standartının tələbləri»

Altıncı, yeddinci gün

İMTAHAN

Yekun test

«HACCP və qida təhlükəsizliyi sistemləri meneceri/ EOQ (Avropa keyfiyyət təşkilatı) qida təhlükəsizliyi sisteminin meneceri» kursu üzrə təlim seminar iştirakçıları ilə işgüzar oyun və praktiki tapşırıqlar yerinə yetirməklə dialoq şəklində təşkil edilir.

Tədbirin iştirakçıları üçün:

  • Sertifikat verilməklə proqram üzrə təlim;
  • Aktual informasiya-sorğu materiallarının toplusu;
  • Gündəlik nahar və çay fasilələri.

SİFARİŞİN QEYDİYYATI