XİDMƏTLƏR VƏ TƏLİMLƏR
|
Müəssİsənİn Daxİlİ Audİtİ Daxili audit, müəssisədə fəaliyyət göstərən idarəetmə sistemi və biznes-prosesləri haqqında ətraflı məlumat əldə etmək üçün, texniki ekspertləri cəlb etməklə, Zyqon Caspian Consulting şirkətinin ixtisaslaşdırılmış məsləhətçiləri tərəfindən keçirilir. Sifarişçi tərəfindən ISO 9001, ISO 14001, OHSAS 18001, ISO 22000 və digər beynəlxalq standartları üzrə idarəetmə sistemlərinin daxili auditinin keçirilməsi ilə bağlı xidmətin sifarişi müəssisədə kütləvi korporativ auditlərin keçirilməsi üçün öz daxili auditorların çatışmazlığı halında verilə bilər. Bu cür auditlərin keçirilməsi adətən böyük şirkətlər üçün xarakterikdir. Şirkətimiz tərəfindən keçirilən daxili audit ştat cədvəlində mütəxəssisləri olmayan və ya olub, lakin tərəfimizdən təmin olunan daha böyük təcrübəyə malik aparıcı auditorun iştirakı və ya köməyinə ehtiyacı olan kiçik və orta həcmli müəssisələr tərəfindən də tələb oluna bilər. İdarəetmə sisteminin auditi Rəhbərliyin, struktur bölmə rəhbərlərinin və müəssisənin aparıcı əməkdaşlarının müsahibəsi, eləcə də mövcud sənədlərin təhlili və proseslərə nəzarət yolu ilə aparılır. Auditin gedişatında idarəetmə sisteminə aid olan müəssisənin bütün əsas fəaliyyət sahələrinin yoxlamaları keçirilir. Xüsusi diqqət İSO standartlarının müəyyən tələblərini irəli sürdüyü, o cümlədən onların mövcudluğu və ya yoxluğu məhsulun keyfiyyətinə, müştərilərə xidmətin keyfiyyətinə, əməyin mühafizəsinə, ekologiyaya və fəaliyyətin digər aspektlərinə əhəmiyyətli dərəcədə təsir edə bilən proseslərə və fəaliyyət sahələrinə yetirilir. Məsləhətçilər tərəfindən daxili audit sertifikatlaşma və ya nəzarət auditdən əvvəl, eləcə də bütövlükdə müəssisənin ümumi fəaliyyətinin yaxşılaşdırılması üçün aspektlərin müəyyənləşdirilməsi məqsədilə keçiriləbilər. Daxili auditin keçirilməsi proseduru aşağıdakıları nəzərdə tutur:
Daxili audit sifarişçi ilə razılaşdırılmış dəqiq meyarlar (daxili və ya xarici standartlar, iş sxemləri, prosedurlar, reqlamentlər və digər tələblər) üzrə həyata keçirilir. Daxili audit sifarişçinin daxili proseduru üzrə, tələb olunan sənədlərin rəsmiləşdirilməsi ilə keçirilə bilər. İdarəetmə sisteminin daxili auditinin nəticələrinə əsasən tövsiyyə və uyğunsuzluqlardan (aşkarlandıqda) ibarət hesabat hazırlanır. Xidmətlərimizin keyfiyyəti idarəetmə sistemlərinin qurulması, tətbiq edilməsi, auditi və sertifikatlaşdırılması üzrə auditorlarımızın böyük iş təcrübəsinə malik olması ilə təmin olunur. Bunu tərəfimizdən yerinə yetirilmiş müvəffəqiyyətli layihələr və müştərilərimizdən gələn rəylər sübut edir. Daxili Auditə daxildir:
Daxili Auditin nəticələri aşağıda göstərilənlərdən ibarət hesabat şəklində hazırlanır:
|