YTHN – Yaradıcı tapşırıqların həllİ nəzərİyyəsİ

Təlimin məqsədi: Təlim yaradıcılıq təxəyyülünün inkişafına, yeni ideyaların axtarışı bacarıqlarının mənimsənilməsinə və iştirakçıların real məsələlərinin həllinə yönəlmişdir. Yanaşmanın əsasını yaradıcı tapşırıqların həlli nəzəriyyəsi(YTHN) və təcrübədə səmərəliliyi sübut edilmiş müəllif metodikaları təşkil edir. Yaradıcılıq düşüncəsinin aktivləşməsi metodlarının, texniki sistemlərin inkişafı qanunlarının öyrənilməsi və yaradıcı tapşırıqların həlli üçün səmərəli qaydaların öyrənilməsi.

Təlimin auditoriyası: Firmaların rəhbərləri, sahibkarlar, mühəndis-texniki heyət, bütün səviyyəli menecerlər, krizis-menecerlər, q/standart vəziyyətlər üzrə mütəxəssislər, PR üzrə mütəxəssislər və reklam, marketinq üzrə mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Təlİmİn proqramı

Təlimin müddəti: 3 gün

Birinci gün (10.00-18.00)

  • Seminarın mövzuları, məqsədlər və seminarın proqramı haqqında.
  • Yaradıcı tapşırıqların həlli nəzəriyyəsinin (YTHN) ümumi xarakteristikasi. Əsas ideyalar, yaranma tarixi, metodun inkişafı, bugünki vəziyyəti.
  • Düşünmə psixologiyası.
  • Yaradıcılıq düşüncəsinin aktivləşməsi metodları.
  • Yaradıcı tapşırıqların həlli nəzəriyyəsi - YTHN. (yaranma tarixi və inkişafı.

İkinci gün (10.00 – 18.00)

6. YTHN alətləri ilə işləmək bacarıqlarının möhkəmləndirilməsi. Müxtəlif sahələrdən tədris tapşırıqlarının həlli: texniki tapşırıqlar, idarəetmə və sosial tapşırıqlar, reklam və PR.
7. YTHN əsas konseptləri (ideal son nəticə, resurslar, ziddiyyətlər).
8. Texniki sistemlərin inkişaf qanunları.
9. Texniki ziddiyyətlərin əsas həlli qaydaları (40 qayda).

Üçüncü gün (10.00 – 18.00)

10. YTİ üçün məşqlər - yaradıcılıq təxəyyülünün inkişafı.
Evristik metodların ən düzgün qaydada müəyyənləşdirilməsi və formalaşdırılması.
11. Resursların axtarışı zamanı maddi təhlil.
12. Professional fəaliyyətə YTHN inteqrasiyası.

Qrupda praktiki işlər.

Yekun test

«YTHN – Yaradıcı tapşırıqların həlli nəzəriyyəsi» üzrə təlim kursu praktiki tapşırıqlar tətbiq etməklə və təcrübə mübadiləsi aparmaqla iştirakçılarla dialoq rejimində keçirilir.

Tədbirin iştirakçıları üçün:

  • Sertifikat verilməklə proqram üzrə təlim;
  • Aktual informasiya-sorğu materiallarının toplusu;
  • Gündəlik nahar və çay fasilələri.

SİFARİŞİN QEYDİYYATI