EN ISO/IEC17025 standartının tələblərİnə uyğun olaraq laboratorİya mütəxəssİsİ

Təlimin məqsədi: Təlimin srukturu öyrənməyə kompleks yanaşmanı, eləcə də hüquqi-normativ baza və əsas tələblərdən QOST ISO/МЭК 17025-2009 standartının tələblərinin praktiki reallaşdırılmasına etibarlılığın təsdiqlənməsi zamanı sınaq laboratoriyalarına ardıcıl keçidi ehtimal edir.

Təlimin auditoriyası: Təlim sənaye müəssisələrinin sınaq laboratoriyaları, müstəqil sınaq laboratoriyaları mütəxəssisləri və rəhbərləri, eləcə də bütün maraqlanan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Təlİmİn proqramı

Təlimin müddəti: 5 gün

Birinci gün (10.00-17.00)

  • Keyfiyyət menecment sisteminin auditini tənzimləyən əsas beynəlxalq və milli sənədlər.
  • Akkreditasiya. Akkreditasiya sahələri. Azərbaycanın qanunvericiliyi.
    Avropa ölkələrinin qanunvericiliyi. Akkreditasiya orqanı. Akkreditasiya orqanlarının assosiasiyası - EA. Akkreditasiya olunmuş laboratoriyaların beynəlxalq assosiasiyası - ILAC. EA və ILAC normativ sənədləri.
  • ISO 19011 standartının tələblərinə uyğun olaraq auditin keçirilməsi.
  • Yaranma tarixi və ISO 9001 ilə ISO 17025 standartlarının müqayisəli təhlili.
  • ISO 17025 standartının tələblərinə uyğun olaraq sınaq laboratoriyalarının menecment sisteminin auditinin özəllikləri .
  • Auditin növü: daxili audit, ikinci tərəfin auditi, üçüncü tərəfin auditi . Metodlar.

İkinci gün (10.00 – 17.00)

  • QOST ISO/МЭК 17025 standartının tələblərinə uyğun olaraq sınaq laboratoriyalarının səlahiyyətlərinin təminatı.
  • Sınaq laboratoriyalarının akkreditasiyasının və attestasiyasının müasir sistemi.
  • Sınaq laboratoriyalarının "müstəqillik" anlayışı, laboratoriyanın hüquqi statusu.
  • QOST ISO/МЭК 17025 standartının tələblərinin praktiki reallaşdırılması. Keyfiyyət menecment sistemi. Sınaqların nəticələrinin keyfiyyətinə nəzarət sistemi.

Üçüncü gün (10.00 – 17.00)

  • Sınaqların növünə görə biotəhlükəsizliyin, kimyəvi təhlükəsizliyin və s. tələblərinə uyğun olaraq sınaq laboratoriyalarında texniki audit.
  • ISO 10012 standartının tələblərinə uyğun olaraq auditin keçirilməsinə tələblər. Nümunələr.
  • ISO 17025 standartının tələblərinə uyğun olaraq keyfiyyət menecment sisteminin tələbləri.
  • ISO 17025 tələblərinin yerinə yetirilməsinə uyğun olaraq sınaq laboratoriyalarında keyfiyyətin idarə edilməsi sisteminin daxili auditi.
  • Daxili auditorlar qrupunun yaradılması prinsipləri. Aparıcı daxili auditorun funksional imkanları və öhdəlikləri.
  • Uyğunsuzluqların növü. Düzəldici və qabaqlayıcı tədbirlər. Düzəldici tədbirlərin planlaşdırılması. Uyğunsuzluqlara və düzəldici fəaliyyətə dair nümunələr.

Dördüncü gün (10.00 – 17.00)

  • Auditorlar üçün təcrübə. Sifarişçinin daxili auditorlar qrupu ilə sifarişçinin ərazisində daxili auditin keçirilməsi təcrübəsi.
  • Auditin fəndləri. Praktiki tapşırıqların nəticələrinə əsasən səhvlərin təhlili.
  • Avropa Akkreditasiya orqanı tərəfindən keçirilən ISO/IEC17025 uyğun sınaq laboratoriyalarının akkreditasiyası zamanı mümkün uyğunsuzuqların təhlili.

Beşinci gün (10.00 – 17.00)

Yekun test

«EN ISO/IEC17025 standartının tələblərinə uyğun olaraq laboratoriya mütəxəssisi» üzrə təlim kursu praktiki tapşırıqlar tətbiq etməklə və təcrübə mübadiləsi aparmaqla iştirakçılarla dialoq rejimində keçirilir.

Tədbirin iştirakçıları üçün:

  • Sertifikat verilməklə proqram üzrə təlim;
  • Aktual informasiya-sorğu materiallarının toplusu;
  • Gündəlik nahar və çay fasilələri.

SİFARİŞİN QEYDİYYATI