ISO STANDARTLAR

FSSC 22000 – yeyİntİ məhsullarının təhlükəsİzlİyİ menecment sİstemİnİn sertİfİkatlaşmasının yenİ sxemİ

FSSC 22000 – yeyinti məhsullarının təhlükəsizliyi menecment sisteminin sertifikatlaşmasının yeni sxemi

FSSC 22000 -- ISO 22000:2005 "Yeyinti məhsullarının təhlükəsizliyi menecment sistemi " standartı ilə ISO TS 22002-1:2009 "Yeyinti məhsullarının təhlükəsizliyi üzrə ilkin tələblər proqramı" müvafiq spesifikasiyasının inteqrasiyası əsasında yeyinti məhsulları istehsalçıları üçün olan yeni sertifikatlaşma sxemidir.


I hissə. Yeyinti məhsullarının istehsalı

Qeyd olunan spesifikasiya yeyinti məhsullarının istehsalı zəncirində olan, lakin yeyinti məhsulları istehsal etməyən müəssisə və təşkilatların istifadəsi üçün nəzərdə tutulmamışdır.

ISO 22000 - yeyinti məhsullarının təhlükəsizliyi ilə əlaqədar risklərin idarə olunması alətidir və yeyinti məhsullarının istehsalı zəncirində olan bütün müəssisələr üçün yeyinti məhsularının təhlükəsizliyi üzrə tələbləri müəyyən edir.

ISO TS 22002-1:2009 spesifikasiyası - ISO 22000 standartına uyğun olaraq qurulmuş idarəetmə sistemlərinin qorunması və istehsalat prosesləri çərçivəsində yeyinti məhsullarının təhlükəsizliyi üçün mümkün təhlükələrə nəzarətin asanlaşdırılması məqsədilə tətbiq olunan ilkin tədbirlər proqramı üzrə tələblərin tətbiq edilməsi üçün hazırlanmışdır.

ISO TS 22002-1:2009 standartı ilkin mütləq tədbirlər proqramının aşağıda göstərilən bölmələri üzrə tələbləri müəyyən edir:

  • İstehsalat binalarının və digər köməkçi sahələrin tikintisi və yerləşdirilməsi;
  • İstehsalat və məişət sahələri daxil olmaqla binaların qeydiyyatı;
  • Hava, su, enerji təchizatı və digər kommunikasiyalar daxil olmaqla sistemlərin təminatı;
  • Tullantıların idarə olunması və axıntı sularının axıdılması daxil olmaqla əlavə xidmətlərin yaradılması;
  • Avadanlığın yararlılığı və onun təmizlənməsi, texniki və profilaktiki xidməti;
  • Alınan materialların idarə olunması (xammal materialları, inqridiyentlər, kimyəvi maddələr, qablaşdırma materialları); təchizat (su, hava, buxar, buz), atılma (tullantılar, axıntı suları); məhsula münasibət(saxlanılma, nəql etmə);
  • Çarpaz çirklənmənin qarşısının alınması;
  • İstehsalat ərazilərinin təmizlənməsi və sanitar-gigiyenası;
  • Ziyanvericilərlə mübarizə;
  • İşçi heyətin gigiyenası;
  • Məhsulun təkrar emalı;
  • Məhsulun geri çağrılması;
  • Yeyinti məhsullarının saxlanılması və nəql edilməsi;
  • Məhsul haqqında məlumat və istehlakçının məlumatlandırılması;
  • Yeyinti məhsullarının təhlükəsizliyi, bioloji nəzarət və bioterrorizm.