XİDMƏTLƏR VƏ TƏLİMLƏR
|
Ekolojİ Kompleks Yanaşma Ekoloji sənədlərin hazırlanması – fəaliyyəti zamanı tullantılar yaranan, atılmalar olan hər bir müəssisənin qarşısında duran tapşırıqdır. Müəssisə ekoloji sənədlərdə göstərilənlərə əsasən hesablanmış miqdarda müəyyənləşdirilmiş ekoloji ödənişləri etməklə ekoloji zərəri kompensasiya etməyə məcburdur. Əgər müəssisənin müvafiq sənədləri yoxdursa, onda ekoloji ödənişlərin miqdarı kəskin şəkildə artır. Ekoloji sənədlərin hazırlanması və onun ekspertizası - ətraf mühitə təsir sahəsində müəssisənin fəaliyyətinin təhlil və qiymətləndirilməsini, müəssisənin fəaliyyətinin ətraf mühitə mənfi təsirinin minimallaşdırılmasına yönələn təsir amillərinin miqdari göstəricilərinin əsaslandırılmasını və kompleks tədbirlər planının hazırlanmasını daxil edən təbiətin mühafizəsi üzrə kompleks sənədlər toplusunun hazırlanması deməkdir. Zуgon Caspian Consulting təşkilatının məsləhətçiləri və ekspertləri müəssisəni təbiətin mühafizəsinə dair qanunvericilikdə olan bütün dəyişikliklər və yeniliklər barədə vaxtında məlumatlandırmaqla müəssisənin fəaliyyətinə kompleks ekoloji yanaşmanı təmin edəcəklər, eləcə də ekoloji sənədlərin hazırlanmasına və müəssisənin gələcəkdə fəaliyyət göstərməsi üçün yoxlamalar əsasında tələb olunan rəyləri və icazələri verən Ekologiya Nazirliyinin dövlət nəzarət orqanları tərəfindən təsdiq edilməsinə kömək edəcəklər. Müəssisənin fəaliyyətinə ekoloji yanaşma xidmətlərinin göstərilməsinə təbiətin mühafizəsinə dair qurumlar tərəfindən yoxlamalar planlaşdırıldıqda mütləq şəkildə bizim şirkətin mütəxəssislərinin iştirakı daxildir. Müəssisənin fəaliyyətinə ekoloji kompleks yanaşmaya daxildir:
|