Təchİzatçıların Audİtİ/Qİymətləndİrİlməsİ

Təchizatçıların auditi tam olaraq Zygon Caspian Consulting şirkətinin məsləhətçi-ekspertləri tərəfindən aparılır və müəssisələrdə mövcud itkilərin qarşısını almağa, eləcə də təchizatçıların seçimi və qiymətləndirilməsi üzrə daha doğru (dəqiq) sistem yaratmağa kömək edir.

Audit zamanı təchizatçı müəssisənin müqavilə öhdəlikləriylə bağlı bütün əsas fəaliyyət sahələrinin yoxlamaları keçirilir. İkinci tərəfin auditi məxfiliyin bütün qaydalarına riayət etməklə həyata keçirilir. Xüsusi diqqət aşağıdakılara yetirilir:

  • Təchizatçılar ilə müqavilənin imzalanması zamanı sifarişçinin bütün tələblərinin yerinə yetirilməsinin qiymətləndirilməsi.
  • Xammal və hazır məhsulun istifadə/saxlanılma şərtlərinin mənimsənilməsi və onlara riayət edilməsinin qiymətləndirilməsi.
  • Fəaliyyətə sitemli yanaşma.
  • Təchizatçının bacarığının və etibarlılığının qiymətləndirilməsi.

Təchizatçının auditi aşğıdakı hallarda keçirilə bilər:

  • Yeni potensial təchizatçının qiymətləndirilməsi zamanı.
  • Mövcud olan təchizatçılar tərəfindən tədarük edilmiş məhsulların və xidmətlərinin monitorinqi çərçivəsində.
  • Çatdırılma ilə bağlı hər hansı uyğunsuzluqlar yarabdıqda artıq mövcud olan təchizatçının qiymətləndirilməsi zamanı.
  • Təchizatçının fəaliyyət göstərdiyi müəssisədə yeni texnologiyanın tətbiqi (yeni istehsalat sahəsinin açılması) zamanı.
  • Müəssisədə idarəetmə sisteminin hazırlanması və tətbiqi zamanı.
  • Təchizatçının fəaliyyət göstərdiyi müəssisədə idarəetmə sistemin təkmilləşdirilməsi zamanı.
  • Digər hallarda.

Təchizatçının auditinin keçirilməsi proseduruna daxildir:

  • Təchizatçının təşkilati strukturu ilə ilkin tanışlıq.
  • Audit planının hazırlanması və razılaşdırılması.
  • Təchizatçının ilkin auditi.
  • Auditin nəticələri üzrə hesabatın hazırlanması və prezentasiyası.

Təchizatçının auditinə daxildir:

  • Təchizatçının menecment sisteminin müqavilə şərtlərinin və qanunverici sənədlərin tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi.
  • Təchizatçı tərəfindən istehsal olunan məhsula aid normativ sənədlərlə təyin edilmiş göstəricilərin sabitliyinin təmin edilməsi imkanın müəyyənləşdirilməsi.
  • İstehsalat sisteminin vəziyyətinin qiymətləndirilməsi.
  • İstehsalat sistemində həyata keçirilən fəaliyyətlə məhsulun keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi üzrə normativlərə uyğunluğun, qayda və tədbirlərin yoxlanılması.

Təchizatçının audit nəticələri aşağıda göstərilənlərdən ibarət hesabat şəklindədir:

  • Təchizatçının fəaliyyətinin uyğunluğunun ümumi qiymətləndirilməsi.
  • Müqavilənin və qanunvericiliyin tələblərinə dair uyğunsuzluqlar aşkarlanmış təchizatçının fəaliyyət sahələrinin siyahısı;
  • Müqavilənin və qanunvericiliyin tələblərinə uyğun olması üçün təchizatçının fəaliyyət təcrübəsində tətbiq edilməli dəyişikliklər;
  • Təchizatçı üçün risklərin qiymətləndirilməsinin nəticələri.