Audİt

  • Təchizatçıların Auditi/Qiymətləndirilməsi
  • Təchizatçıların auditinin məqsədi təchizatçıların istehsalat sisteminin və onun fəaliyyət şəraitinin müvafiq qaydalara uyğun olduğunu sübut edən və normativ sənədlərə əsasən istehsal olunan məhsulun, təqdim edilən xidmətlərin və işlərin sabit keyfiyyətini təmin edən menecment sisteminin obyektiv qiymətləndirilməsidir.

  • Müəssisənin Daxili Auditi
  • Daxili auditin məqsədi müəssisənin planlaşdırdığı menecmentin, siyasətin, məqsədlərin, təşkilatın daxili tələblərinin obyektiv qiymətləndirilməsi, həmçinin onun beynəlxalq standartların və qanunvericiliyin tələblərinə uyğunluğunun qiymətləndirilməsi, onun yaxşılaşdırılması imkanları və yollarının müəyyən edilməsidir.

  • Müəssisənin İlkin Auditi
  • Diaqnostik auditin məqsədi menecment sistemlərinin qurulmasının və fəaliyyətinin beynəlxalq təcrübəyə müvafiq ilkin qiymətləndirilməsi, həmçinin onun beynəlxalq standartlara və qüvvədə olan qanunvericiliyə uyğun qiymətləndirilməsidir.