Daxİlİ audİtor

Təlimin məqsədi: : ISO 9001 standartının daxili audit proseslərinə interpretasiyasının öyrənilməsi. ISO 19011 standartının daxili audit prosessinə yanaşma yollarının axtarışı və tanışlıq. Səmərəli daxili audit proseslərinin qurulması və onun düzəldici və qabaqlayıcı tədbirlər proseduru ilə qarşılıqlı əlaqəsi.

Təlimin auditoriyası: Təlim müəssisənin daxili auditlərinin keçirilməsi və planlaşdırılmasına cavabdeh olan mütəxəssisləri və rəhbərləri, şöbə müdirləri, daxili yoxlamalarda iştirak edən mütəxəssisləri və əsas işçiləri üçün nəzərdə tutulmuşdur.

Təlİmİn proqramı

Təlimin müddəti: 2,5 gün

Birinci gün (10.00-18.00)

  • Daxili auditor kursu haqqında.
  • ISO 9001 standartının tələbləri nəzərə alınmaqla Keyfiyyət Menecment Sisteminin (KMS) prinsipləri, yanaşması və fəaliyyət modeli.
  • ISO 9001:2008 standartının tələbləri .

    • Bölmə 4 - Ümumi tələblər. Sənədləşməyə dair tələblər.
    • Bölmə 5 - Rəhbərliyin cavabdehliyi.
    • Bölmə 6 - Resursların idarə olunması.
    • Bölmə 7 - Məhsulun yaradılması.
    • Bölmə 8 - Ölçmə, təhlil və təkmilləşdirmə.
    Praktiki tapşırıq № 1. «ISO 9001 standartının əsas tələblərinin öyrənilməsi»

İkinci gün (09.00 – 17.00)

  • Keyfiyyət menecment sisteminin idarə edilməsində daxili auditin rolu və dəyəri.
  • Auditin metodları. Auditin prinsipləri.
  • Auditorların davranış qaydaları.
  • Audit prosessi. İclasların keçirilməsi.

    • Daxili auditlərin planlaşdırılması;
    • İMS üzrə daxili audit proqramının hazırlanması;
    • Daxili audit proqramının idarə edilməsi, daxili auditorlar qrupunun yaradılması, vəzifələrin və məsuliyyətlərin bölüşdürülməsi.
    Praktiki tapşırıq № 2. «Daxili audit planın hazırlanması»
  • Prosesli yanaşmaya uyğun olaraq yoxlama vərəqlərinin hazırlanması, İMS sənədlərinin təhlili.

    Praktiki tapşırıq № 3. «Yoxlama vərəqlərinin hazırlanması»

    Praktiki tapşırıq № 4. «Auditin keçirilməsi»

Üçüncü gün (10.00 – 14.00)

  • Uyğunsuzluq və düzəldici fəaliyyət. Daxili auditdən sonrakı fəaliyyət:
    Auditin keçirilməsi və uyğunsuzluqların aşkarlanması, uyğunsuzluqların təhlili, uyğunsuzluqların səbəbi.

    Praktiki tapşırıq № 5. «Uyğunsuzluqların müəyyənləşdirilməsi»
  • Düzəldici fəaliyyətlər.Qabaqlayıcı və düzəldici fəaliyyətlərin effektivliyinin yoxlanılması və hazırlanması.

    Praktiki tapşırıq № 6. «Düzəldici fəaliyyətlərin hazırlanması»

Yekun test

«Keyfiyyət menecment sisteminin daxili auditoru» üzrə təlim kursu praktiki tapşırıqlar tətbiq etməklə və işgüzar oyunlar keçirməklə iştirakçılarla dialoq rejimində keçirilir. İşgüzar oyunların gedişatında təlimin hər bir iştirakçısı özünü baş auditor rolunda sınayacaq, auditorlar komandasının yığılmasını, uyğunsuzluqların aşkarlanmasını və hesabat blanklarının doldurulmasını öyrənəcək.

Tədbirin iştirakçıları üçün:

  • Sertifikat verilməklə proqram üzrə təlim;
  • Aktual informasiya-sorğu materiallarının toplusu;
  • Gündəlik nahar və çay fasilələri.

SİFARİŞİN QEYDİYYATI