İnteqrasİya olunmuş menecment sİstemİnİn (ISO 9001, ISO14001, OHSAS 18001) qurulması və tətbİqİ

Təlimin məqsədi: Standartların tələblərinin öyrənilməsi. Standartların tələblərinin həyata keçirilməsi metodlarının və təcrübəsinin nümayişi. İştirakçı müəssisə üçün standartların tələblərinin həyata keçirilməsi məqsədilə optimal metodların və inteqrasiya modellərinin axtarışı.

Təlimin auditoriyası: İMS-in tətbiqi və inkişafına cavabdeh əməkdaşlar, Keyfiyyət menecment xidmətinin əməkdaşları, ekoloji xidmətin və ekoloji təhlükəsizliyin əməkdaşları, əməyin mühafizəsi və istehsalat təhlükəsizliyi xidmətinin əməkdaşları, müəssisənin orta təbəqəsinin rəhbərləri, ekoloji təhlükəsizlik, əməyin təhlükəsizliyi və sağlamlığın qorunmasına cavabdeh şəxslər.

TƏLİMİN PROQRAMI

Təlimin müddəti: 3 gün

Birinci gün (09.00-17.00)

  • ISO 9001, ISO 14001, OHSAS 18001 standartlarının tələbləri nəzərə alınmaqla İnteqrasiyaolunmuş Menecment Sisteminin (İMS) prinsipləri, yanaşması və fəaliyyət modeli.
  • İMS-ə daxil edilməsi:

    • Prinsiplər və inteqrasiyaya yanaşma;
    • İMS-in proses modeli;
    • İMS-in tələblər strukturu.
  • İnteqrasiya üzrə ümumi tələblər. İMS Siyasəti:

    • Müəssisənin Siyasəti üzrə ümumi tələblər və ISO 9001, ISO 14001, OHSAS 18001 nəzərə alınmaqla onların konkretləşdirilməsi.
    Praktiki tapşırıq № 1. «Siyasətin təhlili»
  • İMS planlaşdırılması: aspektlərin, təsirlərin və risklərin identifikasiyası və qiymətləndirilməsi. Qanunverici və digər tətbiq olunan tələblərin identifikasiyası. Məqsədlər. Fövqəladə vəziyyətlərdə risklərin və fəaliyyətlərin idarə edilməsinin planlaşdırılması. Təşkilati strukturu, funksiyaları, vəzifələr və səlahiyyətlər:

    • Planlama üzrə ümumi tələblərin təsviri və ISO 9001, ISO 14001, OHSAS 18001 nəzərə alınmaqla onların konkretləşdirilməsi.
    Praktiki tapşırıq № 2. «Risklərin və aspektlərin qiymətləndirilməsi»

İkinci gün (09.00 – 17.00)

5. Tətbiq və fəaliyyət: Fəaliyyətin idarə edilməsi. Resursların menecmenti. Sənədləşməyə tələblər. Məlumat mübadiləsi:

  • Tətbiq üzrə ümumi tələblərin təsviri və ISO 9001, ISO 14001, OHSAS 18001 nəzərə alınmaqla onların konkretləşdirilməsi.
6. Fəaliyyətin göstəricilərinin qiymətləndirilməsi. Monitorinq və ölçmə. Uyğunluğun qiymətləndirilməsi. Daxili audit. Uyğunsuzluqların iadrə edilməsi:

  • Fəaliyyətin göstəricilərinin qiymətləndirilməsinin ümumi tələblərinin təsviri və ISO 9001, ISO 14001, OHSAS 18001 nəzərə alınmaqla onların konkretləşdirilməsi.
Praktiki tapşırıq № 3. «Uyğunsuzluqların müəyyənləşdirilməsi»

Üçüncü gün (09.00 – 17.00)

7. İMS yaxşılaşdırılması. Düzəldici və qabaqlayıcı tədbirlər, yaxşılaşma üzrə tədbirlər:

  • Düzəldici, qabaqlayıcı tədbirlər və yaxşılaşma tədbirləri üzrə ümumi tələblərin təsviri və ISO 9001, ISO 14001, OHSAS 18001 nəzərə alınmaqla onların konkretləşdirilməsi.
8. İMS üzrə rəhbərliyin nümayəndəsi tərəfindən təhlil:

  • Rəhbərliyin nümayəndəsi tərəfindən təhlilin ümumi tələblərin təsviri və ISO 9001, ISO 14001, OHSAS 18001 nəzərə alınmaqla onların konkretləşdirilməsi.

Yekun test

«İnteqrasiya olunmuş menecment sisteminin (ISO 9001, ISO14001, OHSAS 18001) qurulması və tətbiqi» üzrə təlim kursu praktiki tapşırıqlar tətbiq etməklə iştirakçılarla dialoq rejimində keçirilir.

Tədbirin iştirakçıları üçün:

  • Sertifikat verilməklə proqram üzrə təlim;
  • Aktual informasiya-sorğu materiallarının toplusu;
  • Gündəlik nahar və çay fasilələri.

SİFARİŞİN QEYDİYYATI