FSSC 22000 tələblərİnə uyğun olaraq Yeyİntİ məhsullarının təhlükəsİzlİyİ menecment sİstemİnİn qurulması və tətbİqİ

Təlimin məqsədi: FSSC 22000 tələbləri əsasında yeyinti məhsullarının təhlükəsizliyi menecment sisteminin qurulması və tətbiqi məsələlərinə dair qida zəncirinə aid müəssisələrin mütəxəssislərinin hazırlanması. Yeyinti məhsullarının təhlükəsizliyi menecment sisteminin daxili yoxlanılması üçün daxili auditorların hazırlanması.

Təlimin auditoriyası: Yeyinti məhsullarının təhlükəsizliyi menecment sisteminin qurulması və tətbiqi məsələlərinə dair qida zəncirinə aid müəssisələrin mütəxəssisləri, texnoloqlar, daxili auditorlar və laboratoriya müdirləri.

Təlİmİn proqramı

Təlimin müddəti: 3 gün

Birinci gün (10.00-18.00)

  • Yeyinti məhsullarının təhlükəsizliyinin ümumi problemləri (Giriş kursu).
  • FSSC 22000 yeyinti məhsulları standartının anlaşılması.
  • FSSC 22000 əsas komponentləri.
  • FSSC 22000 tətbiq sahələri.
  • FSSC22000 sertifikatlaşma sxeminin daxil edilməsi.
    FSSC22000 üzrə sertifikatlaşmanın keçirilmə məsələləri.
  • Təhlükəsizlik üzrə standartlarla tanışlıq.
  • ISO 22000:2005 standartına daxil edilməsi və yeyinti məhsullarının təhlükəsizliyi menecment sistemi üzrə ümumi tələblər.

İkinci gün (10.00-18.00)

8. Yeyinti məhsulları üçün təhlükələr və onlara nəzarət tədbirləri.
Bioloji təhlükələr / Kimyəvi təhlükələr / Fiziki təhlükələr / Risklərin təhlili.
9. İlkin şəraitlər və tələblər proqramı ISO/TS 22002-1.

Praktiki tapşırıqlar № 1. «İlkin şəraitlər proqramı»
10. Təhlükələrin təhlilin aparılması üçün ilkin addımlar.
11. Təhlükələrin təhlili.

Praktiki tapşırıqlar № 2. «Təhlükələrin təhlili»
12. Nəzarət tədbirlərinin seçimi və qiymətləndirilməsi. OİŞP. Plan НАССР.

Praktiki tapşırıqlar № 3. «Plan НАССР və OİŞP hazırlanması»
13. Monitorinq və ölçmələrin idarə edilməsi.

Üçüncü gün (10.00-18.00)

14. Uyğunsuzluqların idarə edilməsi.

Praktiki tapşırıqlar № 4. «Uyğunsuzluqların idarə edilməsi»
15. Validasiya, verifikasiya və yeyinti məhsullarının təhlükəsizliyi menecment sisteminin yaxşılaşdırılması.
16. Daxili auditin keçirilməsi.

Praktiki tapşırıqlar № 5. «YMTMS üzrə auditin keçiirlməsi»

Yekun test

«FSCC 220005 tələblərinə uyğun olaraq Yeyinti məhsullarının təhlükəsizliyi menecment sisteminin qurulması və tətbiqi» üzrə təlim kursu praktiki tapşırıqlar tətbiq etməklə və təcrübə mübadiləsi aparmaqla iştirakçılarla dialoq rejimində keçirilir.

Tədbirin iştirakçıları üçün:

  • Sertifikat verilməklə proqram üzrə təlim;
  • Aktual informasiya-sorğu materiallarının toplusu;
  • Gündəlik nahar və çay fasilələri.

SİFARİŞİN QEYDİYYATI