EOQ (Keyfİyyət üzrə Avropa təşkİlatı) üzrə keyfİyyətİn İdarə edİlməsİ mütəxəssİsİ/menecerİ

Təlimin məqsədi: Keyfiyyət menecment sisteminin tətbiqi və infişafı, eləcə də müəssisənin strateji inkişafı üçün cavabdeh olan mütəxəssis və menecerlərin səriştəliliyinin artırılması. İştirakçılara biliklərinin aktuallaşdırılmasına və özünü qiymətləndirmənin, müəssisənin fəaliyyətinin qiymətləndirilməsinin aparılması və keyfiyyət sisteminin formalaşdırılması üçün texnologiyaların istifadəsi üzrə praktiki vərdişlərin əldə edilməsinə kömək etmək.

Təlimin auditoriyası: Təlim keyfiyyət üzrə menecerlər, mütəxəssislər, keyfiyyət menecment sisteminin qurulması və tətbiqi üzrə praktiki təcrübəsi olan , standartlar və menecment sisteminin prinsipləri haqqında biliklərə sahib daxili auditorlar üçün nəzərdə tutulmuşdur.

Təlİmİn proqramı

Təlimin müddəti: 6 gün

Birinci gün (10.00-18.00)

  • Menecment sistemi və müəssisənin fəaliyyətinin aspektləri.
  • Menecment sistemlərdə prosesli yanaşma.
  • Müəssisənin proseslərinin müəyyənləşdirilməsi.
  • Təsadüfi həcmlər üçün bölgü və statistik modellər.
  • EFQM mükəməlliyin modeli( European Foundation for Quality Management) - müəssisənin mükəmməl idarə edilməsi ideyaları.
  • Mükəməlliyin fundamental konsepsiyaları :

    • balanslaşdırılmış nəticələrin əldə edilməsi.
    • istehlakçılar üçün dəyərlərin əlavə edilməsi.
  • Proseslərin səmərəliliyinin təmin edilməsi.
  • Ölçmə metodları və proseslərin resurslarla təminatı.
  • Ehtimal nəzəriyyəsinin əsas elementləri.
  • Təsadüfi həcmlər üçün bölgü və statistik modellər.
  • Binominal bölgü modeli. Seçici qəbul nəzarəti.
  • Puasson bölgü modeli.
  • Mükəməlliyin fundamental konsepsiyaları :

    • görmə, ilham və düzgünlük vasitəsilə idarə.
    • proseslər vasitəsilə idarə.

İkinci gün (10.00 – 18.00)

  • Mükəməlliyin fundamental konsepsiyaları:

    • insanlar vasitəsilə uğurun əldə edilməsi .
    • yaradıcılığın və yeniliklərin olması.
  • Yaxşılaşma strategiyası. Proseslərin təkmilləşdirilməsi.
  • Analiz və həll yollarının tapılmasının alətlər.
  • Qauss normal bölgü modeli.
  • Proseslərin statistik idarə edilməsi.
  • Mükəməlliyin fundamental konsepsiyaları:

    • əməkdaşlıq münasibətlərinin qurulması.
    • davamlı gələcək üçün məsuliyyətin qəbulu.
  • Müəssisənin özünü qiymətləndirməsinin keçirilməsi üçün prinsip və metodlar.
  • Menecmentin informasiya sistemləri.

Üçüncü gün (09.00 – 18.00)

  • EFQM mükəməllik modeli:

    • RАDAR logikası.
  • Menecmentin alətləri.
  • Menecmentin metodları.
  • Keyfiyyət sistemlərində statistik metodların tətbiqi.
  • Məlumatların təhlili və gizli qanunauyğunluqların bərpası.
  • EFQM mükəməllik modeli:

    • meyarların və alt meyarların quruluşu.
  • Təcrübənin planlaşdıırlması.
  • Reqression təhlil.
  • 6 - üçüncü minilliyin menecment fəlsəfəsi

Dördüncü gün (09.00 – 18.00)

  • Ehtiyatlı idarəetmə:

    • əsas anlayışlar, itkilər və onların təsnifatı.
    • dəyərlərin yaradılma axını .
  • Ehtiyatlı idarəetmə:

    • axının hərəkətinin təşkili və onun dartılması, 5s.
  • Nəzarət tapşırıqlarının həlli .

Beşinci gün (09.00 – 18.00)

  • Müəssisənin menecment sistemində marketinq.
  • Müasir bazar şəraitində rəqabət qabiliyyətinin təminatı.
  • Keyfiyyəti idarə etmənin statistik metodları üçün proqram vasitələrinin tətbiqi.
  • Etibarlılığın əsasları.
  • Yekun.

Altıncı gün (10.00 – 17.00)

Yekun test

«EOQ (Keyfiyyət üzrə Avropa təşkilatı) üzrə keyfiyyətin idarə edilməsi mütəxəssisi/meneceri» təlim kursu praktiki tapşırıqlar tətbiq etməklə və təcrübə mübadiləsi aparmaqla iştirakçılarla dialoq rejimində keçirilir.

Tədbirin iştirakçıları üçün:

  • Sertifikat verilməklə proqram üzrə təlim;
  • Aktual informasiya-sorğu materiallarının toplusu;
  • Gündəlik nahar və çay fasilələri.

SİFARİŞİN QEYDİYYATI