ISO 29001:2010 standartının tələblərİnə uyğun olaraq neft-qaz sənayesİ üçün Keyfİyyət menecment sİstemİnİn qurulması və tətbİqİ

Təlimin məqsədi: İştirakçıları ISO /TS 29001:2010/ API Spec Q1 standartının əsas tələbləri ilə tanış etmək. Standartın qurulması və tətbiqi üçün aktual məsələlərin müzakirəsi. API (Amerika Neft institutu) tərəfindən sertifikatlaşmanın əsas şərtlərinin və anlayışlarının öyrənilməsi.

Təlimin auditoriyası: Təlim kimya və neft-qaz sahələri üzrə müəssisələrin keyfiyyət menecment sisteminin qurulması və tətbiqinə cavabdeh mütəxəssisləri və rəhbərləri üçün nəzərdə tutulmuşdur.

Təlİmİn proqramı

Təlimin müddəti: 2 gün

Birinci gün (10.00-18.00)

  • Keyfiyyət menecment sisteminin prinsiplərinin və menecmentə keyfiyyətin daxil edilməsi.
  • API və ISO Texniki komitetlərinin sənədləri.
  • Prosesli yanaşma, daimi yaxşılaşdırma.
  • API məhsulunun spesifikasiyası. Monoqramma API.
  • ISO 9001:2008 standartının tələbləri.
  • API Spec Q1/ISO /TS 29001:2010 standartının tələbləri.

İkinci gün (10.00 – 18.00)

7. API Spec Q1/ISO /TS 29001:2010 tələblərinə uyğun olaraq Keyfiyyət menecment sisteminin tətbiqi zamanı autsorsinq (subpodrat üçün) prosesinin xüsusiyyətləri.
8. Keyfiyyət menecment sisteminin sənədləri, hazırlanması, standartın tələblərinə uyğunluğunun qiymətləndirilməsi.
9. Uyğunsuzluqların idarə edilməsi, düzəldici işlərin aparılması, uyğunsuzluqların səbəblərinin təhlili.

Praktiki tapşırıq № 1. «Uyğunsuzluqların müəyyənləşdirilməsi»
10. Sertifikatlaşmaya hazırlıq. Amerika neft institutuna sifarişin verilməsi.

Yekun test

«ISO 29001:2010 standartının tələblərinə uyğun olaraq neft-qaz sənayesi üçün Keyfiyyət menecment sisteminin qurulması və tətbiqi» üzrə təlim kursu praktiki tapşırıqlar tətbiq etməklə və təcrübə mübadiləsi aparmaqla iştirakçılarla dialoq rejimində keçirilir.

Tədbirin iştirakçıları üçün:

  • Sertifikat verilməklə proqram üzrə təlim;
  • Aktual informasiya-sorğu materiallarının toplusu;
  • Gündəlik nahar və çay fasilələri.

SİFARİŞİN QEYDİYYATI