XƏBƏRLƏR

ISO 9001:2008 “Keyfİyyətİn İdarəolunması” və OHSAS 18001:2007 “Əmək təhlükəsİzlİyİ və peşəkar sağlamlığın İdarəolunması sİstemİ” beynəlxalq standartları üzrə təlİm kursları müvəffəqİyyətlə keçİrİlmİşdİr.

Tarix: 25.11.2012

Zygon Caspian Consulting ISO 9001:2008 “Keyfiyyətin idarəolunması” və OHSAS 18001:2007 “Əmək təhlükəsizliyi və peşəkar sağlamlığın idarəolunması sistemi” beynəlxalq standartları üzrə AZENCO və STP (Sumqayıt Texno-Park) üçün təlim kurslarını müvəffəqiyyətlə bitirib.

Noyabrın 25-ində və Dekabrın 23-ündə ZCC-nin ekspert məsləhətçisi Asif Əmirsultanovun rəhbərliyi altında ISO 9001:2008 “Keyfiyyətin idarəolunması” və OHSAS 18001:2007 “Əmək təhlükəsizliyi və peşəkar sağlamlığın idarəolunması sistemi” təlim kursları keçirilib.

AZENCO-nun işçi heyətindən 120 nəfər təlimdə iştirak edib.

Seminarın dəyəri ondadır ki, kursda ZCC məsləhətçilərin praktiki təcrübəsi nüməyiş olunub.

Təlim zamanı iştirakçılar ISO 9001:2008 və OHSAS 18001:2007 tədbiqi üçün teoretik biliklər və praktiki metodikanı mənimsəmək imkanını əldə etdilər.