XƏBƏRLƏR

17-21 Avqust 2020-cİ İldə “ISO 37001:2016 Beynəlxalq Standartın tələblərİnə müvafİq olaraq korrupsİya əleyhİnə İdarəetmə sİstemİnİn qurulması” təlİmİ keçİrİlmİşdİr.

Tarix: 21.08.2020

17-21 avqust 2020-ci ildə “ISO 37001:2016 Beynəlxalq Standartın tələblərinə müvafiq olaraq Korrupsiya Əleyhinə İdarəetmə Sisteminin Qurulması” təlimi müvəffəqiyyətlə keçirilmişdir.

Seminar Ukraynanın "Aktiv Audit Agentliyi" ilə birgə təşkil edilmiş və aparılmışdır.

Təlimdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Azərbaycan Dövlət Məşğulluq Xidmətinin və digər şirkətlərin əməkdaşları iştirak etmişdir.

Seminar zamanı iştirakçılar ISO 37001:2016 "Rüşvətxorluq Əleyhinə İdarəetmə Sistemi"-nin tələblərinin tətbiqi və prosesi üçün nəzəri biliklər və praktiki yeniliklər əldə etdilər.